Yuxarı

Rəsulzadənin Elçibəyə verilən bayrağı indi haradadır? - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar Bakıda səfərdə olan Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal "Axar.az"a müsahibə verib.

- Rəsulzadənin sağlığında söhbətlərinin iştirakçısı olmusunuz. Yadınızda nələr qalıb?

- Biz o zaman tələbə idik. O, Azərbaycandan Türkiyəyə gələndə bizim üçün öndər şəxsiyyət idi. Düşüncəmizdə türk dövlət qurucusu idi. Onunla birgə hər hansı bir tədbirdə iştirak etmək bizim üçün böyük şərəf sayılırdı. Çünki biz o zamanlar tələbə idik və bir dövlət qurucusu ilə görüşmək, Məhəmməd Əmin bəy kimi bir insanla eyni ortamı paylaşmaq olduqca böyük sevinc və fəxr verirdi.

- Rəsulzadə Türkiyədə yaşadığı dönəmdə maddi ehtiyaclarını necə qarşılayırdı, bu barədə bilginiz varmı?

- Məhəmməd Əmin bəy dövlət qurucusu, dövlət başqanı olmaqla bərabər, həm də əvəzedilməz tarixçi idi. Onun kimi fikir adamı hansı ölkədə olursa-olsun, həmin dövlət onun qiymətini biləcək. Türkiyədə yaşadığı müddətcə araşdırmaçı-tarixçi kimi fəaliyyət göstərmiş və öz ehtiyaclarını kimsəyə bildirməmişdi. Bütün həyatı boyunca maddi ehtiyacları barədə heç kimə heç nə deməyib, ağız açmayıb. Bu, onun ləyaqətinin göstəricisidir. Təbii ki, çətin günləri də olub, ac qaldığı günlər. Ancaq bu barədə heç kimə bildirməyib.

- Rəsulzadənin yubileyinin qeyd edilməsi üçün dövlət başçısının sərəncamı var. Hansı işlərin görülməsini istəyərdiniz?

- Rəsulzadə bizim hamımızın tarixidir. Əlbəttə ki, onun doğum günü dövlət səviyyəsində qeyd ediləcək. Düşünürəm ki, Rəsulzadənin həm də adının əbədiləşdirilməsi üçün işlər görülməlidir.

Məsələn, 26 Bakı komissarına heykəl qoyulan park var. Siz ona "26-lar parkı" deyirdiniz, indi "Sahil parkı"dır. Həmin parkı Cümhuriyyət parkı edə bilərsiniz. Rəsulzadə və digər cümhuriyyət qurucularınızın orda heykəl və büstlərini qoya bilərsiniz.

- Rəsulzadənin nəşinin Azərbaycana gətirilməsi zaman-zaman müzakirə mövzusu olur. Bu barədə nə düşünürsünüz?

- Onu bura hansı adla gətirəcəksiniz? Statusu nə olacaq? Heç olmasa, onun statusu haqqında parlamentinizin bir qərarı varmı? Yaxşı olardı ki, onun ruhunu şad etmək üçün 1918-ci il 7 dekabrda ilk parlament binasına sancılan üç rəngli bayrağı tapıb parlament binasından asasınız.

- O bayraq haradadır ki?

- O bayrağın indi harada olmasını bilmirəm. Ancaq onu deyə bilərəm ki, həmin bayrağı Məhəmməd Əmin bəy Türkiyəyə gələn zaman qoynunda özü ilə gətirmişdi. 1992-ci ilə qədər bizim dərnəkdə saxlanıldı. Rəhmətlik Əbülfəz Elçibəy Ankaraya gələn zaman ona hədiyyə etdik. Ankarada Azərbaycan konsulluğundan asılmışdı. İndi haradadır o bayraq, onu siz məndən yox, mən sizdən soruşuram.

Tarix
2014.02.01 / 22:15
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla