Yuxarı

"Azərsell" 60 əməkdaşını işdən çıxardı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azərsell" 60 əməkdaşını işdən çıxardı

Azərsell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev şirkətin kollektivinə məktubla müraciət edib.

Şirkətdən Axar.az-a verilən məlumata görə, V.Mürsəliyev müraciətində ağır makroiqtisadi vəziyyətə görə şirkət rəhbərliyinin xərclərin azaldılmasına dair olduqca çətin qərar qəbul etməli olduğunu deyib:

"Təəssüflər olsun ki, bazardakı vəziyyət şirkətimizin də fəaliyyətinə təsir göstərib. Biznesimizi mövcud şəraitə uyğun optimizasiya etməliyik. Ötən ilin avqust ayından etibarən "Azərsell" rəhbərliyi şirkət xərclərinin, o cümlədən işçilərə aid xərclərin azaldılması və ixtisarların aparılması ərəfəsində olub. Amma biz maksimum dərəcədə əlavə xərcləri azaldaraq, işçi sayına toxunmamağa çalışmışıq. 2015-ci ilin sonunda növbəti devalvasiyanın baş verməsi, ümumi iqtisadi vəziyyətin daha da ağırlaşması və bunun nəticəsində maliyyə durumunun daha da geriləməsi şirkətimizdə 8%-ə qədər iş yerlərinin, yəni 60-a yaxın işçinin ixtisar edilməsinə dair qərarın verilməsinə gətirib çıxarıb. Bu vəzifələrdə çalışan əməkdaşların hamısına layiqli kompensasiya təklif olunacaq. Bu gündən etibarən ixtisara düşmüş vəzifələrdə çalışanlarla üzbəüz görüşlər keçirilməyə başlanıb. Bu haqda sizə məlumat verdiyimə görə çox üzgünəm. Amma təəssüf ki, başqa çıxış yolumuz yoxdur. Şirkətimiz bazardakı vəziyyətdə biznesini davam etdirməli, yeni yatırımlar həyata keçirməyə və rəqabətə davamlı olmalıdır.

Hər bir "Azərsell" əməkdaşına dərin təşəkkürümü bildirirəm. Əminəm ki, birgə səylərimiz nəticəsində mövcud çağırışların öhdəsindən gələrək həm öz, həm də şirkətin fəaliyyət göstəricilərini daha da yüksəldəcəyik və bununla da komandamızı yenidən genişləndirə biləcəyik".

Tarix
2016.01.21 / 17:28
Müəllif
Axar.az
Digər xəbərlər

Samirə Əfəndi: Qazaxıstanda məni öldürüb atsaydılar... - Video

Xələf Xələfov Hakan Fidanla görüşdü

Vardanyanın məhkəməsi: onların ifadələri dinlənildi

30 təşkilat azərbaycanlı məhbuslara görə bəyanat yaydı

Ceyhun Bayramov Vatikanın arxiyepiskopu ilə görüşdü

İlham Əliyevlə Bruney Sultanı arasında məktub mübadiləsi...

Azərbaycan-Gürcüstan birgə şirkəti bu tenderdən kənarlaşdırıldı

ABŞ Azərbaycan qazının satılmasının qarşısını alıb?

Qazaxıstan AZAL təyyarəsi ilə bağlı daha bir açıqlama yaydı

Hansı “yerli istehsal” üçün vergini artırırlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla