Yuxarı

Bakı ABŞ danışıqlarından imtina ilə bunu sübut etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ABŞ-ın hansısa bir əyaləti deyil, BMT üzvü olan suveren dövlətdir. 907-ci düzəlişin yenidən gündəmə gətirilməsi qəbuledilməzdir. Bu cür qərarlar ABŞ Senatının imicini zəiflədir, həmçinin, erməni diasporunun yalan və böhtan alətinə çevrildiyini göstərir.

Bu sözləri Axar.az-a Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç ABŞ Senatının Azərbaycana qarşı qəbul etdiyi qərəzli sənədi şərh edərkən deyib.

Diplomatın sözlərinə görə, bu qərar onların ədalətli davranmadığını və regiondakı real vəziyyətə məhəl qoymadığını təsdiq edir:

“Onlar Azərbaycana qarşı kinli davranır. ABŞ Senatından soruşmaq lazımdır ki, Azərbaycan torpaqları 30 il Ermənistan tərəfindən işğal olunduğu və bunun, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə təsdiqləndiyi vaxt harada idi?

Azərbaycan BMT-nin qərarını yerinə yetirməklə, regionda ədaləti bərpa etdi. Bununla da ərazi bütövlüyünü təmin edə bildi. Odur ki, Bakını yardımı kəsməklə hədələmək qeyri-ciddi qərardır. Azərbaycan güclü və zəngin dövlətdir və ABŞ-ın köməyinə heç ehtiyacı yoxdur. ABŞ Senatına da xatırlatmaq istərdim ki, Azərbaycan İranla qonşudur”.

Keçmiş səfir hesab edir ki, bu cür qərarların qəbulu ABŞ-a olan inama zərbədir:

“Ceyms Obrayenin Senatdakı bəyanatına baxmayaraq, Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Vaşinqtona görüşə dəvət etməsi ağlasığmazdır. ABŞ neytrallığını itirib və ona heç bir inam qalmayıb. Azərbaycan Vaşinqton danışıqlarından imtina ilə ciddi dövlət olduğunu və xarici siyasətinin nə qədər güclü olduğunu göstərdi. ABŞ-ın Ermənistanı qazanmaq üçün Azərbaycanı itirməsi düzgün və müdrik siyasət deyil”.

Hulisi Kılıç bildirib ki, Amerikanın Azərbaycana qərəzli siyasəti Vaşinqton-Ankara münasibətlərinə də təsir edə bilər:

“Azərbaycanı sıxışdırmaq Türkiyəni və digər türk dövlətlərini sıxışdırmaq deməkdir. Bunlardan əlavə, ABŞ-ın başqa itkiləri də olacaq. Bu cür addımlar ABŞ-ın yürütdüyü regional siyasətlərə uyğun gəlmir”.

Tarix
2023.11.23 / 11:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Azərbaycan Afrikada yüksəksəviyyəli iclas keçirdi

Azərbaycanla münasibətlərimiz tərəfdaşlığa əsaslanır - Sani

Tolopilonun əmri və AZAL təyyarəsinin faciəsi – Yeni detallar

Zəngəzur dəhlizi Azərbaycana təhvil verilib... - Abovyan

Zəngəzurla bağlı son plan: 198 il Türkiyə nəzarət edəcək

Rusiya ermənilərinin lideri: Bakıdan növbəti qələbə...

Bu ölkə Azərbaycana viza rejiminin ləğvini təklif etdi

Təkrarlamaqdan yorulmuram, Bakı ilə münasibətlər...

Nikolun təyyarəsi ilk dəfə Azərbaycan hava məkanında...

Overçukdan Zəngəzur açıqlaması: Moskva hesab edir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla