Yuxarı

“Qurani-Kərim“ Azərbaycan dilində oxunsun - Təklif/Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Oqtay Əsədovun "Quran"ın Azərbaycan dilində oxunması təklifi ciddi rezonansa səbəb olub.

Bu ideyanı tənqid edənlərlə yanaşı, Oqtay Əsədovla kifayət qədər həmfikir olanlar da var. Parlamentdəki müzakirələrdən onun əsas opponenti kimi tanınan Fazil Mustafa və kifayət qədər nüfuza malik Hacı Şahin Həsənli kimi.

Milli Məclisin spikeri Oqtay Əsədov: "Qurani Kərim"də olan sözlər çox vaxt Azərbaycan dilində deyilsin ki, məclisdə olanlar da başa düşsünlər. Mollalarımız qoy onu öyrənsinlər ki, insanlar bunu başa düşsünlər".

Oqtay Əsədovun bəzi din xadimlərinə və dini məsələlərlə məşğul olan qurumlara tutduğu bu irad ictimaiyyət arasında geniş müzakirələrə səbəb oldu. Bir çox din adamları bu fikri heç də birmənalı qarşılamadı. Bəziləri "Quran"ı ərəb dilində oxumaq savabdır, deyib fikri tənqidlə qarşıladı. Amma qarşıya qoyulan bir məqsəd də var. Oxunan mətni hamı tam anlayırmı? Bu sualın cavabı ilə Məşədi Dadaş məscidinə üz tutduq. Elə getdiyimiz vaxt "Quran" oxunurdu.

Moizə bitəndən sonra ona qulaq asanlara yaxınlaşdım. Sualım konkret idi. Eşitdiklərinizdən nə anladınız?

Dindar, Vüsal Məmmədov: "Başa düşmədiyim yerlər oldu. Amma tam başa düşmədim, demirəm. Tam başa düşmədiyim yerlərini isə borcumdur ki, öyrənim".

Müsahiblərimizin İslam universitetitin tələbələri olduğunu nəzərə alsaq, onda ərəb dilini bilməyən insanların vəziyyətini təsəvvür etmək elə də çətin deyil. Buna görə də millət vəkilləri "Quran"ın mütaliəsinin formal çərçivədən uzaqlaşdırıb, oxuyanın avazı kimi məzmununun da aydın olması üçün hər kəsin anlayacağı dildə oxunmasını daha məqsədə uyğun sayır.

Millət vəkili, Fazil Mustafa: "Bunu ona görə Azərbaycan cəmiyyətində təbliğ etmək lazımdır ki, insanlar ondan bundan eşitdiyi fikirilə İslam dini haqqında fikir formalaşdırmasın. Özlərinin anladığı birbaşa aydın dildə İslam dini anlayışan qovuşsunlar".

Bu isə insanlar arasında dini maarif səviyyəsinin yüksəlməsinə xidmət edəcək. İndiyə qədər bir sıra mərasimlərində dəfələrlə eşitdiyi surələrin elmi izahından da xəbərdar olacaq.

Hacı Şahin: "Din sahəsində məlumatsız olduqda bir boşluq yaranır. Və kimlərsə bu boşluğu doldurmağa çalışır. Kənardan xaricdən bu boşluğu doldururlar. Ona görə "Quran"ın nə dərəcədə mükəmməl kitab olmasını bilmək üçün onun Azərbaycan dilində deyilməsi şərtdir. Yəni ərəbcə oxunan "Quran"ın xüsusi savabı var, amma təfəkkürsüz oxumağın savabı da azdır. Belə deyək orijinaldakı məzmun qorunmaq şərtilə tərcümə və təfsir deyilsə, bu ən ideal variantdır".

Qısası, atalarımızın "Avazın yaxşı gəlir, oxuduğun quran olsa" deyə ta qədimdən qaldırdığı problemi həll etməyin vaxtı deyəsən çatıb. (ANS)

Tarix
2014.02.05 / 00:11
Müəllif
Axar.az
Digər xəbərlər

Hacızadədən Coliyə: Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır!

Türkiyədən Ermənistanla bağlı bəyanat: Rədd edirik!

Xankəndinin statusu artırılır - Azərbaycan üçün tarixi gün

İlham Əliyevin Çinə dövlət səfəri başa çatdı - Foto

Ölkəmizə hibrid hücumlar AB və Fransadan qaynaqlanır

Azərbaycanda “Çin dili” dövrü başlayır

Papanın dəfnində Azərbaycandan o iştirak edəcək

Şuşanın işğalı: Sənədlər məhkəməyə təqdim edildi

ATƏT-in baş katibi Azərbaycana gəlir

Pezeşkianın Bakı səfərinə qarşı İsrailin həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla