Yuxarı

Britaniya şirkətindən “Xarxar” yatağı ilə bağlı təsdiq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniya şirkətindən “Xarxar” yatağı ilə bağlı təsdiq

Azərbaycanda qızıl, mis və gümüş istehsalçısı olan Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti qazma nəticələrinə əsasən “Xarxar” yatağında əhəmiyyətli dərəcədə mis minerallaşması olduğunu təsdiqləyib.

Axar.az Report-a istinadən xəbər verir ki, qazma nəticələri Birgə Filiz Ehtiyatları Komitəsinin (JORC) standartına uyğun olaraq “Xarxar” yatağının gələcək mineral ehtiyatlarının qiymətləndirilməsinin bir hissəsini təşkil edəcək.

Xatırladaq ki, adıçəkilən yataqda 2022-ci ilin iyulunda mis minerallaşmasının mərkəzi zonasını əhatə edən geniş kəşfiyyat proqramına başlanılıb.

JORC-un “Xarxar” yatağının mineral ehtiyatları ilə bağlı hesabatı hazırlanma mərhələsindədir və bu, 2024-cü ilin mart ayının sonunadək açıqlanacaq. Ötən ilin sentyabrında “Mining Plus UK” şirkətinin geoloji sahə ilə bağlı müstəqil məsləhətçiləri yatağa baş çəkiblər.

Qiymətləndirmənin nəticələri dərc edildikdən sonra əlavə sıxlaşdırıcı və genişləndirici qazma işlərinin həyata keçirilməsi, həmçinin metallurgiya sınaq proqramı və geometallurgiya modelləşdirməsi planlaşdırılır. Bundan başqa, şaxtanın layihəsi və hasilat planı daxil olmaqla, mədənçıxarma sahəsinə dair araşdırma hazırlanacaq.

Qeyd edək ki, hazırda şirkətin Azərbaycanda ümumi sahəsi 2 min 544 kvadrat kilometr olan 8 müqavilə sahəsi var. “Anglo Asian Mining” hazırda Gədəbəy və Qoşa müqavilə sahələrindən qiymətli metalların hasilatı ilə məşğuldur.

Azərbaycan hökuməti və “Anglo Asian Mining PLC” şirkəti arasında “Production Sharing Agreement” (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir.

“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə başlanılıb. 2013-cü ilin sentyabr ayından şirkət “Qoşa” müqavilə sahəsinin işlənməsinə start verib.

Tarix
2024.01.27 / 14:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

Prezident tapşırığı: İrana humanitar yardım yola salınır

Əliyevdən İran açıqlaması: Davam edəcəyik!

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla