Yuxarı

Ərdoğan təsdiqlədi: Azərbaycan, Türkiyə və Türkmənistan...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan, Türkiyə və Türkmənistan arasında ticari-iqtisadi əməkdaşlıq haqqında” hökumətlərarası sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Axar.az xəbər verir ki, fərmanın mətni “Rəsmi qəzet”də dərc olunub.

Sənədə əsasən, üç ölkə bir sıra sahələrdə uzunmüddətli əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər: mal və xidmət ticarəti, enerji, kənd təsərrüfatı, qida və heyvandarlıq, tikinti sektoru, o cümlədən maşın, avadanlıq və materialların istehsalı, maşınqayırma və avtomobil istehsalı, kimya və tekstil sənayesi, nəqliyyat və logistika, maliyyə sektoru və investisiya.

Bundan əlavə, saziş Azərbaycan, Türkiyə və Türkmənistan arasında tibbi xidmətlər və texnologiyalar, əczaçılıq sənayesi, turizm, kiçik və orta biznesin inkişafı, kompüter, informasiya və kommunikasiya texnologiyaları, kosmik sektor və aerokosmik sənaye, eləcə də poçt xidmətləri sahəsində uzunmüddətli əməkdaşlığın inkişafını nəzərdə tutur.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Türkiyə prezidentləri - Serdar Berdiməhəmmədov, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birinci zirvə görüşü çərçivəsində "Azərbaycan, Türkiyə və Türkmənistan hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında" saziş imzalanıb.

Sammit zamanı Prezidentlər iqtisadi sahədə üçtərəfli tərəfdaşlığın gələcək inkişafı məsələlərini müzakirə ediblər. Danışıqlar nəticəsində Aşqabad, Bakı və Ankara arasında əməkdaşlığa dair 5 üçtərəfli sənəd imzalanıb.

Tarix
2024.04.05 / 13:02
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ erməniləri indi də Ermənistana müharibə elan etdi

Elçin Əmirbəyov Meksika Senatında - Foto

Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti bərpa ediləcək

Azərbaycan və Qazaxıstan hərbi təlim keçirəcək

Baş prokurur vəzifəsinə namizəd Kamran Əliyevin - Dosyesi

Hərbçilərimiz KURTARAN təlimlərində iştirak etdi

Özbəkistan Azərbaycanla bağlı bu müqaviləni təsdiqlədi

Azərbaycan və Küveyt arasında birgə bəyannamə imzalandı

Azərbaycan və Küveyt XİN rəhbərləri görüşdü

Ərdoğanla Netanyahunun Bakıda mümkün görüşü... - Zülfüqarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla