18:42
Prezident İlham Əliyev "2016-cı ilin Azərbaycan
Respublikasında "Multikulturalizm ili" elan edilməsinə dair
Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında sərəncam
imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
"2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili"
elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin
2016-cı ilin 11 yanvar tarixli 1673 nömrəli Sərəncamına uyğun
olaraq qərara alıram:
1. "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm
ili" elan edilməsinə dair Tədbirlər Planı" təsdiq edilsin (əlavə
olunur).
2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş Tədbirlər
Planının icrasının təşkilində əlaqələndirici orqan Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm
ili" elan edilməsinə dair Tədbirlər Planı"nda nəzərdə tutulmuş
tədbirlərin maliyyələşdirilməsini təmin etsin;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
18:55
İlham Əliyev "Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun
tarixli 518 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman
imzalayıb.
Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun
tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001, № 6, maddə 416; 2004, № 6, maddə 440,
№ 9, maddə 674; 2005, № 6, maddə 491, № 12, maddə 1102; 2006, № 7,
maddə 592, № 8, maddə 659; 2007, № 6, maddə 615, № 9, maddə 869, №
10, maddə 947, № 11, maddə 1106; 2008, № 3, maddə 168, № 8, maddə
719; 2009, № 5, maddə 322, № 12, maddə 983; 2010, № 2, maddə 83, №
3, maddə 185; 2011, № 2, maddə 85, № 6, maddə 508, № 9, maddə 791;
2012, № 9, maddə 852; 2013, № 5, maddə 511, № 11, maddə 1320; 2014,
№ 12, maddə 1573; 2015, № 2, maddə 127, № 6, maddə 697, № 12, maddə
1474) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.2-ci bənddə "Daxili işlər nazirinin" sözlərindən sonra
"birinci müavini və" sözləri əlavə olunsun;
1.2. 5.4-cü bənddə "həyata keçirilməsini" sözlərindən sonra
"nazirin birinci müavininə, o olmadıqda" sözləri əlavə olunsun.
2. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin strukturu"nda aşağıdakı dəyişikliklər
edilsin:
2.1. 1-ci hissənin üçüncü abzası aşağıdakı redaksiyada
verilsin:
"Nazirin birinci müavini";
2.2. 2-ci hissə üzrə:
2.2.1. iyirmi doqquzuncu abzas aşağıdakı redaksiyada
verilsin:
"Maddi-Texniki Təminat Baş İdarəsi";
2.2.2. otuz ikinci abzas ləğv edilsin və otuz üçüncü abzas otuz
ikinci abzas hesab edilsin.