Yuxarı

Fərhad Əliyevin hansı ölkədə olduğu gizli saxlanılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdən çıxandan sonra Azərbaycanı tərk edərək Böyük Britaniyaya gedən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev hələ ölkəyə qayıtmayıb.

Bu barədə məlumatı Fərhad Əliyevin yaxınları veriblər.

Onlar qeyd ediblər ki, keçmiş nazir ailəsi ilə birlikdə xarici ölkələrdən birindədir, amma ölkənin adını açıqlamayıblar. Eyni zamanda Fərhad Əliyevin Azərbaycana nə zaman qayıdacağı haqda məlumat verməkdən imtina ediblər.

Yaxınları Fərhad Əliyevin Azərbaycanı birdəfəlik tərk etməsi haqda deyilənlərə də aydınlıq gətirməyiblər.

Xatırladaq ki, 2005-ci ildə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Fərhad Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyevlə birlikdə 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb. Keçmiş nazir həbsdən çıxdıqdan bir müddət sonra Londona gedib. Onun oğlu Yusif London İqtisadiyyat Məktəbində təhsil alır. ("Mediaforum.az")

Tarix
2014.02.10 / 19:42
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

Moskva-Bakı münasibətlərini pozan “xarici qüvvələr”...

Prezidentlər mühüm iclasda iştirak etdi

Ərsin Tatara Fəxri doktor diplomu təqdim edildi

Rusiyadan dəhliz açıqlaması: Bakının da maraqlarına uyğundur

Prezident tapşırığı: Müşavirə keçirildi

Cənubi Qafqazda yeni dövr - Kreml çarəsizdir

Rusiyadan Bakıya çağırış

Azay Quliyev ATƏT PA-nın komitə sədri seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla