Yuxarı

Arutyunyan Vardanyanla bağlı nələr deyib? - Sirlər açılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan Bakıda həbsdə olan separatçı Ruben Vardanyanı Qarabağa Rusiyanın göndərdiyinə işarə etmişdi.

Onun bu açıqlaması Ermənistanda ciddi müzakirələrə səbəb oldu. Əslində Paşinyan haqsız deyildi, çünki Rusiya vətəndaşlığından imtina edərək, Qarabağa qanunsuz şəkildə gələn Vardanyanla bağlı müəyyən planların olduğu görünürdü. Ötən ilin sentyabr ayında Azərbaycan ordusu anti-terror tədbirləri ilə erməni separatizmini ləğv etdi və Vardanyan da daxil olmaqla terror dəstələrinin rəhbərləri həbs olundu.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, Ermənistanda Nikol Paşinyanın Vardanyanın Qarabağa gəlişindən məlumatlı olduğu, onun qondarma “dövlət naziri” təyin edilməsinə xeyir-dua verdiyinə dair iddialar irəli sürülüb.

Erməni siyasətçi, keçmiş deputat Naira Zöhrabyan həbsdə olan separatçı Araik Arutyunyanın bu haqda ona dediklərini açıqlayıb.

“Araik Arutyunyan Bakıda həbsdə olsa da, mənz onunla şəxsi söhbətimi açıqlayacam. Müharibədən sonra (44 günlük-red) mənə (qondarma) “artsax”ın Rusiyadakı nümayəndəsi olmağı təklif etdilər. Mən imtina etdim. O vaxt Xankəndidə olarkən, Araik Arutyunyan şəxsi söhbətimizdə dedi ki, Ruben Vardanyanın səlahiyyət müddəti Paşinyanla razılaşdırılıb.

Vardanyan da Bakıdan verdiyi cavabda bildirdi ki, təyinatından sonra Paşinyan onunla görüşüb. Hakimiyyət bir dəfə bəyan etdi ki, onlar (separatçılar) Ermənistana gəlsələr, dövlət çevrilişi edəcəklər, bu haqda səs yazılarının olduğu iddia olunurdu. Bu baxımdan, onların Bakıda həbsdə qalması Paşinyana sərf edir”, - Zöhrabyan iddia edib.

Tarix
2024.09.24 / 10:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanın Livandakı səfirliyi fəaliyyətini dayandırıb?

Putin bu ölkədə AES tikir: Azərbaycanda isə... - Video

Dünyanın 4 gücü birləşdi: Yeni qurumun hədəfi

Sülh sazişində yeni bənd: İrəvan təzminatı torpaqla verə bilər

Quido Krosetto Azərbaycana gəldi

Bakı və İrəvan arasında normallaşma... - Bayramov

Azərbaycan və İran rəsmiləri görüşdü: Mövcud vəziyyət...

İrəvandan bunu gözləyirdik, əksini gördük – Xəbərdarlıq

Türkiyənin müdafiə naziri Bakıya gəldi - Video

Bayramov BMT Baş Assambleyasının iclasında iştirak etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla