Yuxarı

Simonyanın Cenevrədə Bakı ilə bağlı hiyləsi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin spikeri Alen Simonyan Cenevrədə iddia edib ki, Azərbaycanla sülh sazişinin 16 bəndi razılaşdırılıb. Rəsmi Bakınının məsələyə reaksiyası yoxdur, hərçənd, razılaşdırılmayan bəndlər üzərindəki ziddiyyətli mövqe fonunda Simonyanın yalan danışdığı ehtimalı daha çoxdur. Çünki Azərbaycan sazişə paket formatında yanaşır və ötən həftə Prezident İlham Əliyev Moskvada “Bütün məsələlər razılaşdırıldıqdan sonra razılığa gəlmək olar” açıqlamasını verdi. Ötən bir həftədə nə Bakının, nə də İrəvanın mövqeyində korektlər nəzərə çarpıb.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.

O bildirib ki, Simonyanın bu iddianı irəli sürməsi diplomatik hiylə xarakteri daşıyır və Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 149-cu Assambleyasında bunu dilə gətirməsi beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdidir:

“Ermənistan bu cür manevrlərlə razılaşdırılmayan bəndləri kənara qoymaq, razılaşdırılmış bəndlər üzərində saziş imzalamaq hədəfinə beynəlxalq dəstək qazanmaq niyyətindədir. Və belə bir iddia Bakının cavab zərurətini yaradacaq ki, bu da İrəvana “Azərbaycan sülhdən yayınır” rəyini formalaşdırmağa imkanı verir”.

Tarix
2024.10.15 / 16:09
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla