Yuxarı

Qazaxın azad olunan kəndlərindən - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxın azad olunan kəndlərindən - Foto

Qazax rayonun işğaldan azad olunan 4 kəndində sərhədçilər tərəfindən xidmət yüksək səviyyədə təşkil edilib.

Axar.az xəbər verir ki, Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunları Komandanlığının polkovnik-leytenantı Elnur Abdullayev deyib.

O bildirib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları həm də xidməti ərazidə yerləşən təbiət qoruqları və tarixi abidələrimizin qorunmasında böyük rol oynayır:

"19 aprel 2024-cü ildə cənab Prezidentin apardığı uğurlu siyasət nəticəsində Qazax rayonunun işğal altında olan 4 kəndi (Aşağı Əskipara, Bağanis Ayrım, Xeyrimli, Qızılhacılı) işğaldan azad olunub.

Hazırda bu kəndlərdə sərhədçilər tərəfindən xidmət yüksək səviyyədə təşkil edilib.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Xidməti dövlət sərhədimizin mühafizəsi və müdafiəsi ilə bərabər, həm də ərazidə qanunsuz ovun qarşısını alır, burada yerləşən təbiət qoruqları, tarixi abidələr və meşə zolaqlarının da mühafizəsində böyük rol oynayır.

O qeyd edib ki, Avey Məbəd qoruğu Mədəniyyət Nazirliyi və Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunları tərəfindən qorunur:

"Avey Məbəd qoruğu VII əsrdə tikilib. Hazırda Qazax rayonunun Daşsalahlı kəndi ərazisində yerləşir. Bura Mədəniyyət Nazirliyi və Sərhəd Qoşunları Komandanlığı tərəfindən qorunur. Onun qorunması, ona baxış və qulluğun göstərilməsi qoruq işçiləri tərəfindən Sərhəd Qoşunlarından verilmiş müvafiq rejim və baxım sənədləri ilə həyata keçirilir".

Tarix
2024.11.22 / 18:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla