Yuxarı

Sülh sazişinin gizlədilən hissəsi... - Sensasion iddia

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Zəngəzur dəhlizi ilə bağlı tələbi də sülh sazişi sənədində var, sadəcə olaraq, bu haqda danışmırlar. Çünki Əliyev bu məsələnin həllinin cibində olduğunu hesab edir, ona görə də bunu qeyd etmir.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Prezident İlham Əliyevin Rusiya mediasına müsahibəsində sülh sazişinin detalları haqda fikirlərinə münasibət bildirərkən deyib.

Oskanyan iddia edir ki, Azərbaycan Zəngəzur dəhlizini özü nəzarətə götürəcək.

“Paşinyan dəhlizlə bağlı vəd verib və Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir. Ermənistan hakimiyyəyi dəhlizi “qırmızı xətt” adlandırsa da, reallıq fərqlidir. Bu, Paşinyanın “Qarabağ Ermənistandır” dedikdən sonra “Qarabağ Azərbaycandır” deməsini xatırladır”, - Oskanyan iddia edib.

Qeyd edək ki, Prezident İlham Əliyev Rusiya mediasına müsahibəsində sülh sazişinin 17 maddədən ibarət olduğunu, 15 maddənin razılaşdırıldığını, 2 maddənin isə müzakirə edildiyini açıqlayıb. Bu maddələr bir-birinə qarşı beynəlxalq iddialardan imtina və sərhəddə üçüncü tərəflərə məxsus qüvvələrin yerləşdirilməməsidir.

Tarix
2024.12.23 / 10:30
Müəllif
Axar.az
Digər xəbərlər

Kreml və Tehran bir ildir çalışır, nail ola bilmir

Zirəddinin 2024 proqnozu: süni insan yaradıldı

Liderlər İlham Əliyevi təbrik edir

Ermənilərdən “Dubay şokoladı” ilə bağlı şok: Şuşa detalı - Foto

İlham Əliyev Roma Papasına məktub göndərdi

Prezident təsdiqlədi: onlara 6 min manat ödəniləcək

Bu proseslər sülhə ciddi təhdidlər yaradır

Azərbaycanla danışıqlarda səhv etdim - Paşinyan

Prezident forum iştirakçılarına müraciət ünvanladı

Ermənistanda “iqtisadi sıçrayış” bitdi: nələr gözlənilir?

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla