Yuxarı

NATO baş katibi müdafiə xərclərinin artırılmasına çağırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
NATO baş katibi müdafiə xərclərinin artırılmasına çağırdı

NATO-nun Baş katibi Mark Rutte müdafiə xərclərinin artırılması, müdafiə sənayesinin gücləndirilməsi və istehsalın genişləndirilməsinin vacibliyini vurğulayaraq, alyansın uzunmüddətli perspektivdə özünü müdafiə etmək üçün kifayət qədər hərbi məhsul istehsal etmədiyini etiraf edib.

Axar.az xəbər verir ki, o, bu barədə DPA-ya müsahibəsində deyib.

“Müdafiə xərclərini artırmasaq, dörd-beş ildən sonra ciddi problemlər yaşayacağıq”, - o bildirib.

Rutte Rusiyanın hazırda alyans ərazisinə hücum etməyə qadir olduğuna inanmadığını vurğulayıb:

“İndi qorxmaq lazım deyil. Ancaq uzunmüddətli perspektivdə narahatam. Müdafiə sənayesini gücləndirməliyik, istehsalı genişləndirməliyik. Əlavə istehsal xətləri və növbələr yaradılmalıdır, çünki uzunmüddətli perspektivdə özümüzü qorumaq üçün kifayət qədər hərbi məhsul istehsal etmirik. NATO torpaqlarında müharibənin qarşısını almaq üçün çəkindirici gücümüzü hazırlamaq və gücləndirmək üçün hələ vaxtımız var. Ancaq indi hərəkətə keçməliyik”.

Tarix
2024.12.23 / 12:43
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla