Yuxarı

Oleq Bakinski təkzib etdi: Başına butulka çırpmamışam!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda həbsdə olan ukraynalı kriminal avtoritet “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Andreyevic Krapivin və Ukrayna müdafiə sənayesi nazirinin Avrasiya məsələləri üzrə sabiq müavini Konstantin Antonoviç Kuçerin barəsində olan cinayət işinə dair məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər tərəfindən mülki iddia verildiyi məlum olub.

Zərərçəkmişlərin nümayəndəsi Samir İsayev mülki iddianın nəticəsini açıqlayıb.

Məlum olub ki, “Aviazapçast” Açıq Səhimdar Cəmiyyəti 1 milyon manat, "Promışlennıe Postavki Kazaxstan” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 5 milyon 184 min manat manat təqsirləndirilən Konstantin Kuçerə qarşı mülki iddia qaldırıb.

Bundan başqa, Valeri Zaxarenkonun isə təqsirləndirilən şəxslərin hər birinə qarşı 50 min manat məbləğində mülki iddia qaldırdığı məlum olub.

Məhkəmə tərəfindən mülki iddia icraata qəbul edlib. Hakim bildirib ki, mülki iddianın icraata qəbul edilməsi araşdırılması ilə bağlıdır. Onun sözlərinə görə, mülki iddialar araşdırılıdıqan sonra qərar veriləcək.

Daha sonra dövlət ittihamçısı Tural Yaqubov ittiham aktını elan edib.

İttihama görə, zərərçəkən kimi tanınan Valeri Zaxarenkonun lisenziyası ləğv edilmiş "Günay Bank"da bir neçə milyon avro pulu olub. Həmin pulu götürmək üçün Rusiya FTX-nin əməkdaşı olan Valeri Zaxarenko Bakıya gəlib, ancaq bank bağlandığından həmin pulları bankdan çıxarmaq problem olub.

Bu problemi yoluna qoymaq üçün Oleq Bakinski, Konstantin Kuçer ilə Valeri Zaxarenkonun görüşü təşkil olunub. Onların görüşü Xətai rayonunda yerləşən “Babək Plaza”da baş tutub. Görüş zamanı tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. Oleq Bakinski şüşə butulkası ilə Zaxarenkoya xəsarət yetirib.

Bundan sonra Zaxarenkoya tibbi yardım göstərmək üçün Yeni Klinikaya aparıblar.

Qeyd edək ki, cinayət işi üzrə Zaxarenko Valeri Nikolayeviç zərərçəkmiş qismində tanınıb.

İş üzrə daha iki şirkət zərərçəkmiş hesab olunub. Bunlar “Aviazapçast” Açıq Səhmdar Cəmiyyəti və “Promışlennoe Postavki Kazaxstan” Məhdudq Məsuliyyətli Cəmiyyətdir.

Oleq Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunub.

Oleq Bakinski az ağır xəsarət yetirmə, xuliqanlıq, Konstantin Kuçer isə xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunurlar.

Kanstantin Kuçer barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Konstantin Kuçerdən ittihamın ona aydın olub-olmaması soruşulub. O bildirib ki, şikayət ərizəsi yalnız müəssisədə baş verən xuliqanlıqla bağlı olub. Təqsirləndirlilən şəxs ittihamları qəbul etmədiyini, özünü təqsirli bilmədiyi deyib.

Oleq Krapivin də ittiham üzrə özünü təqsirli bilməyib.

Dövlət ittihamçısı əvvəlcə təqsirləndirilən şəxslərin dindirilməsi ilə məhkəmənin başlanmasını təklif edib. Bildirib ki, daha sonra zərərçəkmiş və şahidlərin dindirilməsi ilə proses davam etdirilsin.

Təqsirləndirlilən şəxslərin vəkilləri, həmçinin zərərçəkmiş şəxslərin nümayəndəsi prosesin belə davam etdirilməsinə etiraz etməyiblər.

Hakimlər əvvəlcə təqsirləndirilən şəxslərin dindirilməsi, daha sonra zərərçəkmiş və şahidlərin dindirilməsi ilə prosesin davam etdirilməsi barədə qərar qəbul edib.

Daha sonra Konstantin Kuçer sərbəst ifadə verib:

"İyulun 24-də dostum zəng edərək bildirdi ki, iş gördüyü iş adamlar mənimlə görüşmək istəyir. Razılaşdım, Oleq Krapivin zəng etdi ki, qonaqlar aşağıdadır. Aşağı düşəndə çox təəccübləndim ki, bu şəxslərlə daim görüşmüşəm, onların arxasınca aeroporta maşın göndərmişəm. Yəni kiminsə vasitəsilə görüşmək mənə qəribə gəldi. Sonra qonaqlarla birgə ofisə qalxdıq və onlara yüksək səviyyədə qulluq göstərdim və söhbətə başladıq. Bu zaman Zaxarenko vəsaitlərlə bağlı tələblərə başladı. Mən də dedim ki, həmin vəsaitlər ləğv olunan "Günay Bank"dadır. 5-6 dəqiqədən sonra Oleq Krapivin gəldi. Mən soruşdum ki, digər qonaqlar hardadır?

Onlar dedilər ki, axşam Bakıdan uçurlar. Biz çay içdik, normal söhbət etdik. Oleq Krapivin dedi ki, istədiyiniz vaxt gəlin, zəng edin. Hətta Moskvaya qayıtdıqdan sonra onlar Oleq Krapivinə zəng edib qonaqpərvərlikləri barədə təşəkkür ediblər. Mənə çox qəribə gəldi ki, bu görüşü vasitəçi vasitəsilə niyə təşkil ediblər. İyulun 31-də polis əməkdaşları gəldi ki, onları general göndərib, getməliyik. Mən də vəkilimə zəng edərək heç bir problem yaratmadan Bakı Şəhər Baş Polisi İdarəsinə getdim. Orada müstəntiq Mahmud Quliyev bildirdi ki, mənə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlayıb, Zaxarenko tərəfindən şikayət ərizəsi daxil olub. Mən ərizəni göstərməyini istədim, ancaq müstəntiq vermədi. Bu günə kimi də mən həmin ərizə ilə tanış olmamışam. Zaxarenko dələduzluq əməli ilə bağlı şikayət etməmişdi və mənim adım heç bir şikayət ərizəsində qeyd olunmayıb. 3 aydır mən etmədiyim əmələ görə həbsdə yatıram. Hansı əsasla mən şübhəli şəxs qismində cəlb olunmuşam? Mən Bakıda yaşayıram, heç bir dələduzluq əməli törətmək fikrim olmayıb. Dələduz olsaydım, həmin vəsaitləri başqa hesablara köçürdərdim. Həmçinin onları "Günay Bank"ın rəhbəri Mahmud Məmmədovla görüşdürmək istədim.

Ancaq həmin şəxslər dedi ki, biz Kuçerlə danışmışıq. Hətta Mahmud Məmmədov həmin pulun qarşılığında daşınmaz əmlak təklif elədi, ancaq həmin əmlak borcun ancaq 30 faizini təşkil edirdi. Mən həmin əmlakı daha baha qiymətə almağa razı idim ki, insanların pulunu qaytarım. Bankın mənə 8 milyon borcu var idi, mən razı idim ki, o mənə 6 milyon qaytarsın. Ancaq Mahmud Məmmədov məbləği qaytarmağa razılaşmadı".

Təqsirləndirilən şəxs qeyd edib ki, onların şirkətlərlə müqaviləsi olub. O bildirib ki, heç kimə qarşı dələduzluq etmək niyyəti olmayıb. Onun sözlərinə görə, müharibə başlamamışdan əvvəl Rusiyaya, həmçinin Qazaxıstana, həm də Hindistana mal göndərmək barədə razılıq olub:

"Müharibə başlayana kimi, yəni 2022-ci ilə kimi tədarüklər yerinə yetirilib. Amma müharibə başlayandan sonra problemlər yaranmağa başladı".

Daha sonra Oleq Krapivin ifadə verib: "Mən burada deyilənlərə qulaq asıram. Deyirlər ki, bir milyon bura getdi, bu qədər bura getdi. Öz-özümə fikirləşirəm ki, Məşədi İbad demişkən, mənim bir abbasım hara getdi? Mən indi demək istəyirəm ki, günahım nədir? Əgər mən butulka ilə zərərçəkmişi vurmuşamsa, həmin butulka hanı? Mən heç kimə əl qaldırmamışam. Günahım yoxdur. Onların nə fikirlə ora gəlməsini bilməmişəm. Deyirlər ki, köynəyində qan izi var. Amma qan izi olmayıb. Kameralarda da var, baxmaq olar. Hədə-qorxu gəlməmişəm, şəxsi-qərəzliyim yoxdur. 6 aydır ki, həbsdə olmağımın səbəbini bilmirəm. Mənim bu insanlara köməkliyim dəyib. Mən kişi adamam. Etmişəmsə, cəzamı çəkərəm. 65 yaşım, idmançı tələbələrim var. Mən qaçan oğlan deyiləm, namusum da var, vicdanım da. Mən 5 il diasporun rəhbəri olmuşam".

Növbəti proses fevralın 7-də davam edəcək.

Tarix
2025.01.24 / 18:48
Müəllif
Axar.az
Digər xəbərlər

MÜSİAD "Rabitəbank"la memorandum imzaladı

Şahbaz Şərif azərbaycanlı nazirlə görüşdü

Ordumuzun vurduğu Rusiya helikopteri ilə bağlı sensasiya

Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq

Hikmət Mirzəyev Türkiyənin Baş Qərargah rəisi ilə görüşdü

Vilayət Eyvazov rəisləri topladı

Azərbaycanla Pakistan arasında mühüm protokol imzalandı

PA rəsmisi Türkiyə səfirini qəbul etdi

Pakistan prezidenti azərbaycanlı nazirlə görüşdü

Təyyarənin "Pantsir"lə vurulduğu təsdiqləndi: Əmri verən...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla