Yuxarı

Türkiyə Azərbaycana bu məhsulun ixracını dayandırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

8 aprel tarixindən etibarən Türkiyədən limon ixracı müvəqqəti olaraq dayandırılacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Ticarət Nazirliyi sitrus meyvələrinin yığıldığı bölgələrdə əlverişsiz hava şəraiti və daxili tələbatın qorunması zərurəti ilə izah edib.

Aralıq dənizi İxracatçılar Assosiasiyasının statistikasına görə, 2024-cü ildə Türkiyədən xarici ölkələrə ümumilikdə 1 milyon 639 min ton sitrus meyvəsi ixrac olunub. Bu ixrac ölkəyə 1 milyard 46 milyon 128 min dollar gəlir gətirib.

2024-cü ildə ixrac olunan sitrus meyvələrinin əsas alıcısı Rusiya olub – bu ölkəyə göndərilən məhsulların dəyəri 375 milyon dollar təşkil edib. İkinci yerdə 197 milyon dollarlıq idxal ilə İraq, üçüncü yerdə isə 108 milyon dollarla Ukrayna gəlir.

Qeyd edək ki, Azərbaycan il ərzində xaricdən 20 min ton civarında limon alır. Bu ölkələr arasında Türkiyə də var.

Tarix
2025.04.07 / 13:15
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Audiovizual Şura bu şirkəti 5 min manat cərmələdi

İlham Əliyev Budapeştdə mühüm iclasda çıxış etdi - Foto

Bakı və Zaqreb arasında siyasi məsləhətləşmələr...

Onlar İlham Əliyevi təbrik etdi

Vətəndaşlar öz maşınları ilə bu ərazilərə gedə biləcək

Kim Çen İn İlham Əliyevə məktub göndərdi

Budapeştdə TDT liderlərinin şərəfinə rəsmi lanç verildi - Foto

Türk liderlər bəyannamə imzaladı

Zakir Həsənov türk generalla görüşdü - Video

Yasin Hüseynzadənin edamı ilə bağlı XİN-dən açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla