Yuxarı

AŞPA deputatımızın ideyalarına müraciət edəcək - Məruzə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm, təhsil və media komitəsinin Parisdə keçirilən iclası Avropa miqyaslı bir sıra aktual problemlərin müzakirəsi ilə yadda qalıb.

Axar.az xəbər verir ki, Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun iştirak etdiyi toplantı bir sıra məqamları ilə ölkəmizlə bu mötəbər Avropa qurumu arasında getdikcə daha da dərinləşən əməkdaşlığın bariz ifadəsinə çevrilib. Komitə iclasında azərbaycanlı deputat tərəfindən hazırlanmış və artıq qəbul edilmiş mühüm məruzənin qətnaməsi ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinin təqdim etdiyi iki sənəd müzakirə edilib.

Rafael Hüseynovun "Din azadlığı və demokratik cəmiyyətdə birgəyaşayış" adlı məruzəsi 2015-ci il sentyabrın 30-da AŞPA sessiyasında ətraflı müzakirələrdən sonra yekdilliklə qəbul olunaraq Nazirlər Komitəsinə göndərilmişdi. Avropa Şurası Nazirlər Komitəsinin hazırladığı 2080 saylı sənəddə R.Hüseynovun məruzəsinin bir sıra müddəalarının üzv ölkələrdə tətbiqi ilə bağlı təkliflər irəli sürülüb.

Deputatın məruzəsində Avropada tolerantlıq mühitinin daha artıq bərqərar olması, islamofobiya, ksenofobiya, antisemitizm kimi arzuolunmaz halların aradan qaldırılması, dinlər və mədəniyyətlər arasında dialoqun bir qədər də intensivləşdirilməsi məqsədilə Avropa Şurasının himayəsi və təşkilatçılığı ilə daimi platformanın yaradılmasının vacibliyi qeyd olunub.

Nazirlər Komitəsi məruzədə yer alan bu məsələyə daha həssas yanaşaraq onun Avropa Şurasının gələcək fəaliyyətində sistemli şəkildə tətbiqinin zəruriliyini vurğulayıb.

Assambleyada müzakirələr zamanı deputatların əksəriyyəti bu fikri dəstəkləyib. Nazirlər Komitəsi həmin ideyanın həyata keçirilmə vaxtının çatmış olduğunu təsdiqləyərək ayrı-ayrı ölkələrdən müxtəlif dinləri təmsil edən görkəmli din xadimlərinin və ilahiyyatçıların, siyasətçilərin, təhsil və mədəniyyət sahəsindəki nümayəndələrinin iştirakı ilə mütəmadi təşkil olunacaq bu platformanın ölkələr və xalqlar arasında yaxınlaşmanın artmasına töhfə verəcəyinə inandığını bildirib.

Komitə iclasında azərbaycanlı deputatın məruzəsi əsasında gerçəkləşəcək bu ideyanın AŞPA-nın gələcək səmərəli fəaliyyətlərində əhəmiyyətli yer tutacağı qeyd olunub, həmin platformanın fəaliyyət planının hazırlanması istiqamətində işə başlamaq tövsiyə edilib.

Tarix
2016.06.03 / 19:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ağdamdakı tarixi məsciddən - Video

İlham Əliyev İraq prezidentinə başsağlığı verdi

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi

Leyla Əliyeva “Məlhəm Hospital”ında - Foto

Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi

Bakı MDB iclasından niyə imtina etdi? - Lebedev

Rəsmi Bakıdan İsrail-Suriya qarşıdurmasına münasibət

Prezident Xocalıda bu ailənin qonağı oldu - Fotolar

Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı

Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla