
Alman nazirdən Kiyevdə Ukraynaya xoş xəbər
20:26
Ana səhifə Gündəm |
![]() ![]() ![]() ![]() |
İyunun 27-də Yekaterinburqda vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən azərbaycanlılar Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitləri qohumlarına təhvil verilib.
Axar.az xəbər verir ki, meyitlərin təhvil verilməsi prosesinə iyunun 30-da səhər saatlarında başlanılıb.
Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu bütün lazımi sənədləşmə işlərini aparır və təhvil-təslim prosesini təşkil edir.
Cəsədlərin üzərində zorakılıq əlamətlərinin olduğu bildirilir. Meyitlər əvvəllər Yekaterinburq Məhkəmə-Tibbi Ekspertiza Bürosunun morqunda olub, prosedurlar başa çatdıqdan sonra oradan təhvil verilib.
Meyitlər Yekaterinburq-Bakı birbaşa aviareysi ilə Azərbaycana göndəriləcək.
Tarix
2025.06.30 / 15:23
|
Müəllif
Axar.az
|