Yuxarı

Oğuzda mikroavtobus ağaca çırpıldı: bir ölü, altı yaralı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğuzda mikroavtobus ağaca çırpıldı: bir ölü, altı yaralı

Oğuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Axar.az xəbər verir ki, hadisə Sincan kəndində qeydə alınıb. Mahama Dibirovun idarə etdiyi “Mersedes Vito” markalı mikroavtobus ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 64 yaşlı Balakən rayonunun Qazma kənd sakini Şadnus Hümbətov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəzada xəsarət alan 65 yaşlı Natalya Tahirova, 64 yaşlı Cəmilə Əhmədova, 18 yaşlı Qurban Mirzəyev, 53 yaşlı Azad Puçaxov, 65 yaşlı Xədicəmaral Xəlilova və 67 yaşlı Cənnətey Qumbarova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Tarix
2025.12.21 / 00:23
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla