Yuxarı

Dünən yanan ərazidən bu gün kişi meyiti tapıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünən yanan ərazidən bu gün kişi meyiti tapıldı

Gəncə şəhərində yanvarın 3-də bir-birinə bitişik üç fərdi yaşayış evində baş verən yanğın ərazisində bu gün bir nəfərin meyiti tapılıb.

Axar.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Faiq Bayramov küçəsində qeydə alınıb.

Məlumata görə, 1974-cü il təvəllüdlü Zemfira Əliyevaya məxsus, sahəsi təxminən 90 kvadratmetr olan fərdi yaşayış evində kirayədə yaşayan 1972-ci il təvəllüdlü C.Zeynalovun yanmış meyiti aidiyyəti qurumlar tərəfindən aşkarlanıb.

Qeyd olunur ki, yanğın ötən gün səhər saatlarında Zemfira Əliyevaya məxsus evdə başlayıb və güclü olması səbəbindən qonşuluqda yaşayan 1958-ci il təvəllüdlü İntizam Əliyevaya və 1971-ci il təvəllüdlü Elmir Quliyevə məxsus evlərə də keçib. Nəticədə Zemfira Əliyevaya məxsus ev tamamilə yanıb, digər iki evin isə dam örtüyünün bir hissəsinə ziyan dəyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 6 yanğınsöndürmə texnikası və 40-a yaxın şəxsi heyəti cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində bir evin yanar konstruksiyaları tamamilə, iki digər evin dam örtüyünün yanar hissələri isə qismən yanıb. Evlərin qalan hissəsi və ətraf tikililər yanğından mühafizə olunub.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Tarix
2026.01.05 / 00:34
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla