Yuxarı

Xanım sahibkara qadağa qoyuldu: 800 min borcu var

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xanım sahibkara qadağa qoyuldu: 800 min borcu var

Vergi borcu 800 min manata yaxınlaşan xanım şirkət rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Axar.az-ın Qaynarinfo-a istinadən məlumatına görə, "Şəmkir" MTK-nın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə 780.991.55 manat vergi borcu yaranıb.

İdarə tərəfindən şirkətin qanuni təmsilçisi İlhamə Nizam qızı Lətifova barəsində Gəncə Kommersiya Məhkəməsinə müraciət edilib.

Məlum olub ki, sahibkar xanımın Şəmkir MTK-nın İşsizlikdən Sığorta Fonduna 21.65 manat, dövlət büdcəsinə 780345,18 manat məbləğində (o cümlədən, vergilər üzrə 437514,9 manat, faizlər üzrə 110691.29 manat, maliyyə sanksiyası üzrə 232138.99), Dövlət Sosial Müdafiə Fonduna 544,04 manat, İcbari Tibbi Sığorta Fonduna 80.68 manat borcu yaranıb.

Məhkəmənin qərarı ilə borc ödənilənədək İlhamə Lətifovanın ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.

Tarix
2026.01.29 / 20:28
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat

Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan

ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi

Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan

95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!

Cekson-Venik düzəlişi Azərbaycanın üzərindən qaldırıla bilər

Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…

Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir

AB və Azərbaycan arasında mühüm müzakirə

Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla