Yuxarı

Dubaydan gələn əfqanıstanlı Bakıya enən kimi saxlanıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dubaydan gələn əfqanıstanlı Bakıya enən kimi saxlanıldı

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Azərbaycana səfər edən xarici ölkə vətəndaşı Bakı Beynəlxalq Hava Limanında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Axar.az Lent.az-a istinadən xəbər verir ki, saxlanan 23 yaşlı Əfqanistan vətəndaşıdır və o, Avropaya miqrasiya etmək məqsədilə saxta sənədlərdən istifadə edərək Azərbaycan ərazisinə daxil olmağa çalışıb.

İttiham aktına əsasən, əcnəbi vətəndaş Dubay-Bakı reysi ilə hava limanına gələrkən özünə məxsus olan həqiqi sənədlərdən istifadə etsə də, Bakıda sərhəd nəzarətindən keçərkən saxta pasport təqdim edib.

Şəxsiyyət vəsiqəsinin saxta olduğunu dərhal müəyyən edən Dövlət Sərhəd Xidmətinin əməkdaşları onu saxlayıb və istintaq orqanlarına təhvil veriblər. Faktla bağlı həmin şəxs barəsində cinayət işi başlanılıb.

Məhkəmə zamanı təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, vətəni Əfqanistanda işsizlik səbəbindən Avropa ölkələrinə üz tutmaq, orada çalışıb yaşamaq niyyətində olub. Ancaq Əfqanistan vətəndaşlarına Avropaya getmək üçün viza verilmədiyindən o, alternativ yollar axtarıb.

Bu məqsədlə "Safi" adlı tanışı müəyyən məbləğ qarşılığında ona saxta Pakistan pasportu hazırlayıb və Avropaya çatmaq üçün marşrutun Azərbaycandan keçməli olduğunu bildirib. O, öz ölkəsinin pasportu ilə Dubaya qədər gəlsə də, Bakı hava limanında yoxlanış zamanı "Safi"nin təmin etdiyi saxta sənədi təqdim edib.

Saxlanılan şəxs törətdiyi əməldən peşman olduğunu dilə gətirib. Əfqanıstan vətəndaşı əlavə edib ki, ailə üzvlərinin səhhətində problemlər var və bu səbəbdən Avropada pul qazanaraq onlara kömək etmək istəyib. Xəzər Rayon Məhkəməsinin çıxardığı hökmə əsasən, həmin şəxs yeddia ay müddətinə azadlıqdan məhrum edilib.

Tarix
2026.02.07 / 19:52
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla