Yuxarı

Yeni il günü qətl törədən yeniyetmədən xəbər var

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni il günü qətl törədən yeniyetmədən xəbər var

Tərtər rayonunda Yeni il günü qətl törətməkdə təqsirləndirilən yeniyetmə F.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Axar.az-ın Oxu.az-a istinadən məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F.Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, hadisə 2024-cü il yanvarın 1-də Tərtər rayonu, Nizami küçəsində baş verib. Rayon sakini, 2006-cı il təvəllüdlü Canpolad Tağıyev həmin gün gecə saatlarında yaşadıqları binanın qarşısında Yeni ili qarşılamaq məqsədilə fişəng atıb. Fişəngin qığılcımları onun qonşusu olan yeniyetmə F.Məmmədovun üzünə dəyib.

Yeniyetmə bununla bağlı Canpolad Tağıyevə irad bildirəndə, sonuncu onu söyərək təhqir edib. Bundan əsəbiləşən F.Məmmədov evə qayıdaraq mətbəxdən bıçaq götürüb, yenidən hadisə yerinə gəlib və C.Tağıyevə bıçaq zərbələri endirib. C.Tağıyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılaraq istintaqa təhvil verilib.

Tarix
2026.02.12 / 20:59
Müəllif
Axar.az
Digər xəbərlər

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla