Yuxarı

Xankəndidə güclü partlayış: bir nəfər öldü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndidə güclü partlayış: bir nəfər öldü

Xankəndi şəhərində yaşayış binasında partlayış baş verib.

Axar.az Yenisabah-a istinadən xəbər verir ki, hadisə nəticəsində Laçın rayon Şəlvə kənd sakini, 1980-ci il təvəllüdlü İsgəndər Hüseynalı oğlu Hüseynov ağır yanıq xəsarətləri alıb.

O, Bakıya təxliyə edilib və 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib (təmirlə əlaqədar bu xəstəxana Buzovnadakı 14 saylı Birləşmiş Şəhər Xəstəxanasına köçürülüb). İ.Hüseynov burada 3 gün müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun qardaşı Qələndər Həsənov bildirib ki, hadisəyə partlayıcının işə düşməsi səbəb olub:

“Qardaşım “Azinvest İnşaat” QSC-nin Xankəndidə həyata keçirdiyi tikinti sahəsində mühafizəçi işləyirdi. Həmin şirkətin fəhləsi Rəşad Çingiz oğlu Əliyevlə bir mənzildə kirayədə qalırdılar. Rəşad şəhərdə raketin partlayıcı hissəsini tapıb, evə gətirib və onu kəsib-doğrayan zaman əlində alışıb. İsgəndər həmin vaxt yatırmış. Rəşad alışmış partlayıcını yerə atıb və qardaşımı köməksiz vəziyyətdə qoyaraq qaçıb. Həmin vaxt mənzilin qapısı bağlı olub. Lakin niyə bağlı olduğu bizə də məlum deyil. Bunların yaşadığı mənzil binanın ikinci mərtəbəsində yerləşir. Qardaşım pəncərəni qırıb kömək istəyəndə bizim qohumlardan biri görüb və məlumat verib ki, filankəs kömək istəyir. Yalnız bundan sonra İsgəndəri mənzildən çıxarmaq mümkün olub”.

Q.Həsənovun sözlərinə görə, həmin axşam qardaşını Bakıya gətiriblər, bədənin böyük hissəsinin yanığı ilə 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə aparıblar:

“Həkimlər dedilər ki, bədənin 85 faizi yanıb. Həmin vaxt İsgəndər hələ danışa bilirdi. O deyirdi ki, partlayış oldu, amma necə baş verdiyini bilmirəm. Üç gün sonra xəstəxanada vəfat etdi".

O deyib ki, hadisə ilə bağlı Xankəndi Şəhər Prokurorluğunda cinayət işi başlanılıb:

“Qardaşım keçmiş polis əməkdaşı olub. 14 il çalışdıqdan sonra ailə vəziyyətinə görə işdən çıxıb. Daha sonra “Azinvest İnşaat” QSC-də mühafizəçi işləyirdi. Hadisə ilə bağlı Xankəndi Şəhər Prokurorluğunda cinayət işi açılıb".

Tarix
2026.02.13 / 19:27
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda bu konfrans kiber hücuma məruz qaldı - Foto

Bakı beynəlxalq müzakirə platformasına çevrilir - Deputat

Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi

Növbəti raket hücumu: Türkiyə İrana cavab verə bilərmi?

Bayramov Fidanla danışdı: Türkiyəyə raket hücumu...

Əli Əsədov türkiyəli nazirlə görüşdü

İrandan sonra növbəti ölkə... - Qorxuya düşdülər

Türkiyəyə raket hücumu: Azərbaycan MN-dən reaksiya...

Putinin Əliyevə zənginin səbəbləri - Rusiyadan baxış

Bu, dinc sakinlər üçün ciddi təhlükə yaradır - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla