Yuxarı

Moskvada azərbaycanlı ər-arvad intihar etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvada azərbaycanlı ər-arvad intihar etdi

Moskvada azərbaycanlı ər-arvadın meyitləri yaşadıqları binanın qarşısında tapılıb.

Axar.az Apa-ya istinadən xəbər verir ki, intihar hadisəsi Novoya Moskva ərazisində yerləşən "Salaryevo Park" yaşayış kompleksində baş verib.

Belə ki, yaşayış binasının pəncərələrinin altında evli ər-arvadın meyitləri tapılıb. Rusiya mətbuatı ər və arvadın milliyyətcə azərbaycanlı olduğunu yazıb.

Məlum olub ki, azərbaycanlı ər-arvad intihar edərkən mənzildə beş yaşlı uşaq da olub. Hadisənin uşağın gözləri qarşısında baş verdiyi bildirilib.

Yerli mətbuatda yayılan xəbərlərə görə, 41 yaşlı Vasif və 38 yaşlı Aygün geyim və alt paltarı mağazasına sahib olublar. Onlar bizneslərinə Xantı-Mansi Muxtar Dairəsində başlayıb, bir müddət əvvəl isə Moskvaya köçüblər.

İntiharın səbəbi məlum deyil. Cütlüyün üç uşağının qaldığı bildirilib.

Tarix
2026.02.16 / 23:48
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla