Yuxarı

Sevil Nuriyeva həyat yoldaşı haqda: Sənə söz verirəm...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dünya mərdləri də, namərdləri də ayırd edən yerdir. Nəhayətdə divana çıxacağıq. Mənim Etimadım mərd doğulub və mərd olaraq bu aləmi tərk edib. Cənnətdə onunla təkrar qovuşmaq ən böyük arzumdur.

Kult.az xəbər verir ki, bu sözləri Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun həyat yoldaşı, jurnalist Sevil Nuriyeva qeyd edib. O, bu çətin günlərində yanında olan hər kəsə təşəkkür edərək, qatili Türkiyə qanunlarına həvalə edib:

“Artıq 7-ci gündür ki, o, bu aləmi tərk edib. Mən və dostları, iş yoldaşları, qohumları ondan razı idik. Etimad ağzı oruclu, dəstəmazlı və ən son gün zəkat verərək dünyadan köçüb. Allah səndən razı olsun, canımın içi. Sən İlyası, məni necə görmək istəyirdinsə, söz verirəm, hamısı olacaq. Bu gün dostlarımdan mülk və yasin sürəsini oxumalarını xahiş edirəm. Məni yalnız buraxmayan, dualarını əskik etməyən, başsağlığı verən, çiynimə çiynini dayayan dostlarıma təşəkkür edirəm. Allah sizləri qorusun və dərd verməsin. Bu dünyada nəfəsim bədənimdən çıxan günə qədər Allahım üçün, məfkurəm üçün, davam üçün, Etimadım, İlyasım, dostlarım üçün yaxşı olmağa, mərd və mərhəmətli olmağa davam edəcəyəm. Acım dərindir və heç dinməyəcək. Cənnətdə qovuşanadək dua edəcəm, Etimad. Səninlə hər zaman fəxr etdim. Səninlə birlikdə keçirilən hər an bir ömür qədər əzizdir, qiymətlidir, əzizim. Arxandan qoyduğun mərd adın üçün çox sağ ol, canım. İlyasa buraxdığın ən qiymətli miras budur. Məni gözlə, əzizim. Vaxt tamam olanda Allah cənnətində qovuşduracaq. Sənə alçaqca, qorxaqca, şərəfsizcə hücum edən namərd hər iki dünyada bimar olacaq. Türkiyə dövlətinin ədaləti hər şeyi şübhəsiz ortaya çıxaracaq. Qanımızı axıdan bişərəfin, namussuzun cəzasını ilahi ədalətə və Türkiyə dövlətinin ədalətinə həvalə edirəm”.

Qeyd edək ki, iş adamı Etimad İsmayılov sentyabrın 19-da Türkiyədə Floryadakı ofisində başından 2, ürəyindən 1 güllə yarası alaraq dünyasını dəyişib. O, Azərbaycanın keçmiş baş prokuroru və ədliyyə naziri İlyas İsmayılovun oğlu, tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı idi. Onun ölümündən sabiq polis rəisi Gözəl Dəmirov təqsirləndirilir.

Tarix
2018.09.26 / 15:34
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Qeyri-ruslara hücum: Rusiya nədən “qəzəblənib”?

Rusiyanın Yekaterinburq terrorunda məqsədi məlum oldu

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Rusiya altı azərbaycanlını həbs etdi

Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi

Azərbaycanda böyük narazılıq var... - Markov

Rusiyanın Azərbaycanda bütün tədbirləri ləğv edildi

İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik

Yekaterinburq zorakılığı: Həmyerlimiz həbs edildi

Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla