Yuxarı

Bakıda bolşeviklərə barelyef qoyuldu – Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bolşeviklərə barelyef qoyuldu – Foto

Səbail rayonu Bayıl qəsəbəsində yerləşən Xalq Evi kitabxanasının divarına vurulmuş barelyef görənlərin diqqətini çəkir.

Kult.az xəbər verir ki, barelyefin üzərində bolşeviklərlə bağlı tarixi gün yazılıb.

“Burada Bayıl Xalq Evi kitabxanasının binasında 1908-ci il martın 15-də Ümum Şəhər Bolşevik Partiya konfransı olmuşdur”, - barelyefdə qeyd edilib.

Barelyefin latın qrafikasında hazırlanması təsdiq edir ki, bu “xatirə” Sovet illərində qoyulan və yaddan çıxıb hələ də tarixi binanın divarını “bəzəyən” lövhə deyil, əksinə, müstəqillik illərinin məhsuludur.

Vaxtilə Azərbaycanın müstəqilliyinin əleyhinə çıxmış bolşeviklərlə bağlı barelyefin hansı səbəbdən oraya vurulması sual doğurur.

Məsələ ilə bağlı Səbail Rayon İcra hakimiyyəti ilə əlaqə saxlasaq da, sualımıza cavab verən olmadı.

Tarix
2019.09.02 / 12:24
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla