Yuxarı

Abuzər Xələfov dəfn edildi - Yeniləndi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abuzər Xələfov dəfn edildi - Yeniləndi

12:20

Azərbaycan milli kitabxanaşünaslıq elminin banisi, Bakı Dövlət Universitetinin fəxri professoru, tarix elmləri doktoru, professor Abuzər Xələfov vəfat edib.

Kult.az Report-a istinadən xəbər verir ki, A.Xələfov gecə saatlarında 89 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Abuzər Xələfov 1931-ci ildə Göyçə mahalının Cil kəndində anadan olub. 1950-ci ildə Göyçənin Toğluca kəndində orta məktəbi bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaşünaslıq və biblioqrafiya şöbəsinə daxil olub.

A.Xələfov ali təhsilini başa vuran il BDU-da müəllim saxlanıb. 1962-ci ildə A.Xələfovun fəal iştirakı ilə BDU-nun Kitabxanaçılıq şöbəsi müstəqil Kitabxanaçılıq fakültəsinə çevrilib, o, bu fakültənin ilk dekanı olub və 25 il bu vəzifədə səmərəli fəaliyyət göstərib. 1963-cü ildən Kitabxanaşünaslıq kafedrasının müdiri olub.

Xatırladaq ki, A.Xələfov Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfovun qardaşıdır.

Allah rəhmət eləsin!

***

Azərbaycan milli kitabxanaşünaslıq elminin banisi, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universitetinin (BDU) professoru Abuzər Alı oğlu Xələfov II Fəxri Xiyabanda dəfn olunub.

Tarix
2020.04.27 / 20:40
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla