Yuxarı

Ölkədə gün ərzində ikinci faciə: qatar daha bir adamı vurdu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkədə gün ərzində ikinci faciə: qatar daha bir adamı vurdu

20:15

Bu gün saat 19:18-də Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən sürət sərnişin qatarı Zabrat sahəsində hərəkətdə olarkən bir qadın qəfil qatarın yoluna çıxıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Təəssüflə qeyd edirik ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılsa da həmin şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

"ADY mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.

Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır", - məlumatda qeyd olunub.

***

Bu gün saat 20:28-də Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli sərnişin qatarı Yevlax sahəsində hərəkətdə olarkən orta yaşlı bir kişi qəfil qatarın yoluna çıxıb.

Bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Məlumatda deyilir ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub:

"Təəssüflə qeyd edirik ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılsa da həmin şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib".

"ADY mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır", - məlumatda qeyd edilib.

Tarix
2024.09.11 / 22:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla