Yuxarı

Lənkəranda maşın kanala düşdü: sürücü yaralandı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranda maşın kanala düşdü: sürücü yaralandı - Foto

Lənkəranda avtomobilin suötürücü kanala aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az-ın Teleqraf-a istinadən verdiyi məlumata görə, hadisə axşam saatlarında Lənkəran şəhərinin Səttərxan küçəsində qeydə alınıb.

Belə ki, Lənkəran şəhər sakini, 1987-ci il təvəllüdlü Ülkər Əziz qızı Əsədova idarə etdiyi "Şevrolet Kruz" markalı minik avtomobili ilə hərəkətdə olarkən sükan arxasında idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı suötürücü kanala düşüb.

Qəza zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib. Yaralıya zəruri ilkin tibbi yardım göstərilib.

Hadisə nəticəsində suötürücü kanal üzərindən keçən yüksək təzyiqli qaz kəməri də qismən zədələnib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2025.04.17 / 20:27
Müəllif
Axar.az
Digər xəbərlər

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Hakan Fidan səfirimizlə görüşdü

Numan Kurtulmuş Azərbaycana gəldi

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər Şuşada birgə nahar etdi

Prezidentlər Şuşada Bülbülün ev-muzeyində... - Foto

Maqdalena Qrono Azərbaycana gəlir

ABŞ-da azərbaycanlılarla bağlı konfrans keçiriləcək

Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq...

Azərbaycan-Türkmənistan əməkdaşlığı... - Depuat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla