Yuxarı

"Qarabağ"ın futbolçusu Mbappenin nailiyyətini təkrarladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ"ın futbolçusu Mbappenin nailiyyətini təkrarladı

"Qarabağ" klubunun oyunçusu Abdullah Zubir beş məşhur futbolçunun avrokuboklardakı nailiyyətini təkrarlayıb.

Axar.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi buna Danimarkanın "Kopenhagen" komandasına qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda fərqlənməklə nail olub.

Zubir ardıcıl 8-ci mövsümdə avrokubokların əsas mərhələsində qol vuran 6 oyunçudan biridir.

İspaniyanın "Real" klubunda çıxış edən Kilian Mbappe, Almaniya təmsilçisi "Bavariya"nın üzvü Harri Keyn, İngiltərənin "Liverpul" kollektivindən Məhəmməd Salah, İtaliya "İnter"indən Lautaro Martines və İspaniyanın "Atletiko" klubundan Antuan Qrizmann da bunu bacarıb.

Qeyd edək ki, "Qarabağ" ötən gün "Kopenhagen"i Tofiq Bəhramov adına Respublika stadionunda 2 cavabsız qolla üstələyib.

Tarix
2025.10.02 / 09:57
Müəllif
Axar.az
Digər xəbərlər

Parad Rusiyanı ifşa etdi: niyə 5 ildir bacarmır?

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla