
Ağdamın Kəngərli kəndinə 50 ailə yola salındı
09:05
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
Azərbaycanın kişilərdən ibarət estafet qaçışı üzrə komandası Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarında mübarizədən kənarlaşdırılıb.
Sportnet.az xəbər verir ki, bu barədə millinin baş məşqçisi Məhərrəm Sultanzadə məlumat verib.
Onun sözlərinə görə, səbəb 4X100 metr məsafəyə final estafeti zamanı yarış qaydalarının pozulmasıdır. M.Sultanzadə bildirib ki, idmançılar estafet çubuğunu ötürdükləri vaxt dəhlizi düzgün keçməyiblər. Nəticədə onlar yarışdan diskvalifikasiya ediliblər. Eyni cəzaya Pakistan da məruz qalıb.
Qeyd edək ki, Azərbaycanı 4X100 metr məsafəyə estafetdə Kamran Əsgərov - Yevgeni Kasilyov, Ramiz Məlikov və Rahib Məmmədovun təmsil etməsi nəzərdə tutulmuşdu.
Tarix
2017.05.20 / 22:25
|
Müəllif
Axar.az
|