Yuxarı

Skolari istefa verdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"DÇ-2014"ü dördüncü pillədə başa vuran Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari istefaya göndərilib.

Axar.az xəbər verir ki, komandanın mundialdakı çıxışından qəti şəkildə narazı qalan Braziliya Futbol Konfederasiyasının rəhbərliyi 65 yaşlı mütəxəssislə yollarını ayırmağı qərara alıb.

Qeyd edək ki, Skolari ilə yanaşı, bütün məşqçi heyəti də istefa verib. Hələlik Skolarini kimin əvəzləyəcəyi məlum deyil.

Skolarinin istefası "DÇ-2014"ün yarımfinalında Almaniyaya 1:7 hesablı məğlubiyyətdən sonra gündəmə gəlib. Braziliyanın üçüncü yer uğrunda oyunda Hollandiyaya da 0:3 hesabı ilə uduzması federasiyanın təcrübəli mütəxəssislə yollarını ayırmasını konkretləşdirib.

Xatırladaq ki, Braziliya komandası Skolarinin rəhbərliyi ilə 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən dünya çempionatında qızıl medallara sahib çıxmışdı.

Tarix
2014.07.14 / 11:15
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla