Yuxarı

Qurbanovla Qaltyenin “Axilles dabanı” - Açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurbanovla Qaltyenin “Axilles dabanı” - Açıqlama

"Qarabağ"ın Avroliqada səbirsizliklə gözlənilən debüt matçına dair Axar.az ən son yenilikləri təqdim edir.

Ötən gün ərzində qarşılaşma haqda proqnozlar, stadionun öt örtüyü barəsində məlumat, müxtəlif futbolçuların açıqlamaları yayılsa da, diqqət çəkən baş məşqçilərin çıxışlarıdır.

Axar.az xəbər verir ki, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov oyun öncəsi mətbuat konfransında çıxış edib:

"Bu oyuna böyük maraq var. Rəqibi demək olar ki, tanıyırıq. "Sent-Etyen" maraqlı rəqibdir. Ən azından azarkeşlər üçün maraqlı oyun olacaq. Sabahkı oyuna yaxşı hazırlaşmışıq. Avrokubok təcrübəmiz olsa da, qrup mərhələsinin oyunları başqadır. Rəqibi düzgün təhlil etmişik. Məncə, hamı sabahkı oyundan razı qalacaq".

Q.Qurbanov bildirib ki, hər bir rəqibi istədiyin kimi öyrənmək olar:

"Sent Etyen"in əvvəlki rəqibi "Karabükspor"dan heç nə öyrənməmişik. Rəqibin oyunlarına baxmaqla özümüzü aldada bilərdik. "Sent Etyen" standart vəziyyətlərdə təhlükəlidir. Biz isə müxtəlif oyunlarda məhz standart vəziyyətlərdən qollar buraxmışıq. Qapıçımızın üzərinə böyük iş düşəcək. Çalışacağıq ki, qaydaları az pozaq və rəqib künc zərbələrindən az istifadə etsin".

***

"Bu il Fransa Liqasında yaxşı çıxış edirik. Hesab edirəm ki, Avropa Liqasında da yaxşı təcrübə qazanacağıq".

Bu sözləri isə "Sent Etyen" klubunun baş məşqçisi Kristof Qaltye deyib. O, "Qarabağ"ı yüksək qiymətləndirdiklərini bildirib:

"Oyuna çox yaxşı hazırlaşmışıq. Komandamızda hər şey yaxşıdır. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Biz "Qarabağ"ın bütün Avrokubok oyunlarını izləmişik. Deyə bilərəm ki, "Qarabağ" bizdən təcrübəlidir. Rəqib futbolçularının bir çoxu milli komandanın üzvləridir. Bundan əlavə, heyətində braziliyalı futbolçular da var ki, onların da oyununu qiymətləndirmək lazımdır. Buna baxmayaraq "Qarabağ"dan çəkinmirik. Yenə də etiraf edirəm ki, "Qarabağ" bizdən təcrübəlidir. Biz də Avropa Liqasına böyük maraq göstəririk. Görəcəksiniz ki, qrupdan çıxmağa qadirik".

K.Qaltye sabah ehtiyatlı oyuna üstünlük verəcəklərini qeyd edib:

"Heç kim Avroliqada açıq futbol oynamır. Biz də ehtiyatlı olmalıyıq. Bu, ilk matçımızdır. Növbəti matçlarda necə oynamaq lazım olduğunu daha yaxşı biləcəyik".

Baş məşqçilərin çıxışlarında bir tərəddüd hiss olunur. Hər ikisinin qorxulu kabusları var. Onlar öz komandalarının "Axilles dabanı"nı yaxşı bilirlər.

Tarix
2014.09.18 / 08:20
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Prezident bu konvensiyanı təsdiqlədi

Əli Əsədov səfirliyə getdi, başsağlığı verdi

İlham Əliyevin xalqa Ramazan təbriki

ABŞ İrana ordu yeritməyə hazırlaşır - Plan

Yataqlara zərbələr başladı, region yanır – Bu ölkələr batacaq..

İlham Əliyev Mirziyayevlə danışdı

Bakıdan Ermənistana 488 ton taxıl yola salındı

Bayramov Ər-Riyadda çıxış etdi: Naxçıvana PUA hücumu...

Bayramov Ərəbistanda İshaq Darla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla