Yuxarı

“Qarabağ” və “Neftçi” canlı yayımda - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Topaz Premyer Liqasında VI tur başa çatacaq.

Axar.az-ın məlumatına görə, son oyun gününə iki qarşılaşma ilə yekun vurulacaq.

Turun ən maraqlı oyunlarından biri Qəbələdə baş tutacaq. Şəhərin eyni adlı komandası ilə "Neftçi" üz-üzə gələcək.

Son turda çətin qələbələr əldə edən "Qəbələ" bakılıları da məğlub etmək niyyətindədirlər. Qonşu pillələrdə qərarlaşan komandaların duelində qalib gələn tərəf "Sumqayıt"la ikinci pilləni bölüşəcək.

Tura çempion "Qarabağ"la "Simurq"un görüşündə yekun vurulacaq. Ötən tur AZAL-ı məğlub edən (3:0) Ağdam təmsilçisi liderlərdən uzaq düşməmək üçün bu görüşdə mütləq qalib gəlmək məcburiyyətindədir.

Hər iki oyun canlı yayımlanacaq. "Qəbələ" – "Neftçi" matçı "İdman Azərbaycan", "Qarabağ" - "Simurq" oyunu isə AzTV kanalında nümayiş olunacaq.

Qeyd edək ki, lider "İnter" "Bakı"nı 7:0, AZAL "Sumqayıt"ı 1:0, "Xəzər Lənkəran" "Araz Naxçıvan"nı 2:0 hesabı ilə üstələyib.

Tarix
2014.09.21 / 19:28
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla