Yuxarı

Cüdo üzrə dünya çempionatı: yaponlar 5-ci dəfə...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının beşinci günündə - sentyabrın 24-də daha iki çəki dərəcəsində qaliblər müəyyənləşib. Yaponiya millisi Bakı mundialında beşinci qızıl medalını qazanıb.

Axar.az xəbər verir ki, kişi cüdoçular 90, qadınlar isə 70 kiloqram çəki dərəcəsində mübarizə aparıblar. Çempionatın beşinci günündə ölkəmizi Məmmədəli Mehdiyev təmsil etsə də, mükafatçılar sırasına düşə bilməyib.

Kişilərin yarışında qızıl medal uğrunda görüşdə kubalı İvan Felipe Silva Morales İspaniya idmançısı Nikoloz Şerazadişvili ilə qarşılaşıb. Rəqibini "qızıl xal"la məğlub edən Avropa çempionatının mükafatçısı N.Şerazadişvili ilk dəfə dünya çempionu olub.

Yaponiyalı Kenta Naqasava və Fransa cüdoçusu Aksel Klerqet çempionatın bürünc medalını qazanıblar.

Qadınların mübarizəsində Fransa təmsilçisi Marie Yeva Qahieni məğlub edən yaponiyalı Çizuru Arai ikiqat dünya çempionu olub və komandasına beşinci qızıl medalı qazandırıb. Kolumbiyalı üçqat dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı Yuri Alvear və Yaponiya təmsilçisi Yoko Ono turniri üçüncü pillədə başa vurublar.

Çempionatın altıncı günündə - sentyabrın 25-də kişi cüdoçular 100, qadınlar isə 78 kiloqram çəki dərəcəsində birincilik uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, sentyabrın 27-dək davam edəcək turnirdə 125 ölkədən 800-dək cüdoçu gücünü sınayır.

Tarix
2018.09.24 / 19:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla