Yuxarı

"Beşiktaş" lideri devirdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Beşiktaş" lideri devirdi

Aprelin 13-də futbol üzrə Türkiyə Superliqasında XXVIII turun mərkəzi görüşündə “Başakşəhər” səfərdə “Beşiktaş”ın qonağı olub.

Axar.az xəbər verir ki, “Vodafon Park” arenada baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşün 35-ci dəqiqəsində “Başakşəhər”in braziliyalı hücumçusu Robinho hesabı açıb. Lakin meydan sahibləri 42-ci dəqiqədə Atiba Hutçinsonun vurduğu qolla hesabı bərabərləşdiriblər. Birinci hissə 1:1 hesab ilə başa çatıb.

İkinci hissənin 52-ci dəqiqəsində Burak Yılmaz “Beşiktaş”ı hesabda önə keçirib. Bu qol oyunda vurulan son qol olub. Beləliklə “Beşiktaş” doğma meydanda lider “Başakşəhər”i 2:1 hesab ilə məğlub edib.

Günün daha bir görüşündə “Konyaspor” və “Sivasspor” klubları qarşılaşıblar. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. “Rizəspor” klubu isə “Göztəpə” komandasına doğma meydanda 1:0 hesabı ilə qalib gəlib.

Bu oyundan sonra “Beşiktaş” turnir cədvəlində 53 xalla 3-cü pillədə qərarlaşıb. “Başakşəhər” isə 61 xalla liderdir.

Qeyd edək ki, həftənin əsas matçında "Fənərbaxça" doğma meydanda "Qalatasaray"ı qəbul edəcək.

Tarix
2019.04.14 / 01:49
Müəllif
Axar.az
Digər xəbərlər

Növbəti raket hücumu: Türkiyə İrana cavab verə bilərmi?

Bayramov Fidanla danışdı: Türkiyəyə raket hücumu...

Əli Əsədov türkiyəli nazirlə görüşdü

İrandan sonra növbəti ölkə... - Qorxuya düşdülər

Türkiyəyə raket hücumu: Azərbaycan MN-dən reaksiya...

Putinin Əliyevə zənginin səbəbləri - Rusiyadan baxış

Bu, dinc sakinlər üçün ciddi təhlükə yaradır - XİN

Mirziyayev Azərbaycanda mühüm foruma qatılacaq

Türkiyə İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi

Bu iki ölkə Azərbaycanda səfirlik açır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla