Yuxarı

Milli komandaya yeni baş məşqçi təyin olundu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli komandaya yeni baş məşqçi təyin olundu

Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının baş məşqçi postunda dəyişiklik edilib.

Bu barədə Report-a Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Yavər Hacıyev məlumat verib.

Y.Hacıyevin sözlərinə görə, bu vəzifəyə polşalı mütəxəssis Miroslav Çoros təyin olunub. M.Çoros səhhəti ilə əlaqədar istefa vermiş macarıstanlı Tomaş Feheri əvəzləyib. Federasiya rəsmisi bildirib ki, ötən ilin sonlarında Gənclər və İdman Nazirliyinə verilən siyahıda T.Feher baş məşqçi kimi təqdim olunsa da, səhhətində yaranan problem macarıstanlı mütəxəssisin yığmada çalışmasına mane olub. Bu səbəbdən, milliyə polşalı baş məşqçi dəvət olunub. Y.Hacıyev M.Çorosun hazırda Bakıda olduğunu və aprelin 10-da Gürcüstanın paytaxtı Tiflisdə start götürəcək Avropa çempionatına yığma ilə birgə yollanacağını açıqlayıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 18-dək davam edəcək.

Tarix
2015.04.02 / 12:43
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, Rusiya və Gürcüstan... - Paşinyan

Azərbaycan və Pakistan XİN başçıları danışdı

Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesdə yer almır

Bu türk ölkəsi də “Tramp yolu”na maraq göstərir

Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terakt olub?

Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

İran dünyanı diz çökdürür – CNN

Şıxlinskinin həbs cəzası 31 ilə qaldırılır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla