Yuxarı

Komitə üzvü: “Qurban başını dik tutacaq”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komitə üzvü: “Qurban başını dik tutacaq”

Ən güclü rəqib "Qarabağ"a düşüb. "Seltik" 46 dəfə Şotlandiya çempionu olub. Bundan əlavə, komanda tam komlektləşib. Buna baxmayaraq, məncə, "Qarabağ" özündə güc tapacaq və bu mərhələni də keçəcək. Düzdür, "Qarabağ" əvvəlki "Qarabağ" deyil. Leroy Corc və Muarem Muaremin gedişi komandaya çox pis təsir edib. Amma komandanın "Seltik" səddini keçəcəyinə inanıram. Əminəm ki, Qurban bu oyundan sonra da başını dik tutacaq.

Axar.az xəbər verir ki, AFFA Məşqçilər Komitəsinin üzvü, "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev Qol.az geniş müsahibəsində belə deyib.

Onun fikrincə, "Seltik" elə birinci görüşdəki kimi oynayacaq: "İlk növbədə Reynaldo daha da artırmalıdır. Əlinə düşən hər qol imkanından istifadə etməlidir".

B.Hacıyev "İnter"in işinin çətin olduğunu, "Qəbələ"də isə çox dəyişikliklər baş verdiyini xatırladıb: "Xüsusilə də hücum xətti yaxşı təsir bağışlayır. Ön xətt oyunçuları gözəl ötürmələr verə bilir.

Deməzdim ki, "Qəbələ" rəqibindən daha şanslıdır. Ancaq biz vaxtilə APOEL səddini keçməklə inam yaratmışıq ki, Kipr klublarından çəkinməməliyik".

Tarix
2015.08.04 / 16:52
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla