Yuxarı

Məmmədova FİFA-da vəzifə verildi: ruslar sevindi - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məmmədova FİFA-da vəzifə verildi: ruslar sevindi - Foto

Bir neçə gün öncə AFFA-nın sabiq baş katibi Elxan Məmmədovun FİFA-da yeni vəzifə alması barədə məlumat vermişdik. Funksioner noyabrın 1-dən qurumda Üzv Assosiasiyaların direktoru vəzifəsinə təyin edilib.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu məlumat Rusiya mətbuatında böyük səs-küy doğurub. Həmkarlarımız bu informasiyanı böyük sevinclə çatdırıblar.

Buna səbəb Elxan Məmmədovun Rusiyanın futbola qayıtması tərəfdarı olan azsaylı FİFA rəsmilərindən biri olmasıdır. Belə ki, 2022-ci ilin mayında Rusiya Futbol İttifaqının konfransında Məmmədov ölkə futbolunun tezliklə beynəlxalq arenaya qayıtmasına ümid etdiyini bildirib. Bu da rusları ümidləndirib.

Başqa bir maraqlı məqam isə rusiyalı həmkarlarımızın Elxan Məmmədovu adaşı və həmsoyadı cüdomuzun əfsanəsi Elxan Məmmədovla səhv salmaları olub.

Qeyd edək ki, 2022-ci ilin fevralında FİFA və UEFA bütün Rusiya milli komandaları və klublarını təşkilatların himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırıb.

Xatırladaq ki, Məmmədov 2022-ci ilin aprelindən FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru vəzifəsində çalışır.

Tarix
2024.09.24 / 11:30
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın Azərbaycan vasitəsilə İrana yardımı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla