Yuxarı

Millimiz Avropa Superfinalına vəsiqə qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın çimərlik futbolu millisi Avropa Superfinalına vəsiqə qazanıb.

Axar.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, B Liqasının A qrupunda yer alan komanda I seçmə mərhələnin sonuncu matçında Litva yığması ilə qarşılaşıb.

İspaniyanın El Puerto de Santa Mariya şəhərində təşkil olunan görüş rəqibin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində hər üç qolu Orxan Məmmədov vurub.

Beləliklə, qrupu 5 xalla ikinci pillədə başa vuran Sahib Məmmədovun yetirmələri sentyabrın 7-14-ü aralığında İtaliyada təşkil olunacaq Superfinalda mübarizə aparacaq. 8 komandanın iştirakı ilə baş tutacaq yarışda ilk iki yeri tutacaq kollektivlər A Liqasına yüksələcəklər.

Qeyd edək ki, Azərbaycan yığması qrupun ilk iki matçında İngiltərəni 5:4, Belçikanı isə 11:2 hesabı ilə məğlub edib.

Tarix
2025.05.25 / 18:56
Müəllif
Axar.az
Digər xəbərlər

Afrika ölkələri ilə əməkdaşlığı yüksək qiymətləndiririk - Rəfiyev

Azərbaycanlı mükafat aldı, səfir İran XİN-ə çağırıldı

NATO iclasında Azərbaycana qarşı hücumlardan danışıldı

Sibiqa Şəhidlər xiyabanını ziyarət etdi

XİN Afrika Günü ilə bağlı paylaşım etdi

Kiyev Bakının bu qərarını alqışlayır - Sibiqa

Buna görə Azərbaycana minnətdarıq - Sibiqa

Azərbaycan Ukraynanın ərazi bütövlüyü tanıyır - Bayramov

Ukraynaya 40 milyon dollardan artıq yardım... - Bayramov

Zelenski İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla