
Bakıda şirkətin ekskavatorunu yandıran şəxs həbs edildi
00:36
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.
Axar.az xəbər verir ki, mundialda üçüncü turun görüşləri keçirilir.
A qrupunda mübarizə aparan Azərbaycan millisi Mavritaniya seçməsi ilə qarşılaşıb. Milli Gimnastika Arenasında təşkil edilən matç yığmanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu Mirmehdi Rzayev vurub.
Beləliklə, Elşad Quliyevin baş məşqçisi olduğu yığma qrupu 7 xalla lider bitirib və 1/8 finala vəsiqə qazanıb.
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
Tarix
2025.05.25 / 21:06
|
Müəllif
Axar.az
|