Yuxarı

"Qarabağ" Niderland klubunu məğlub etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” növbəti yoxlama oyununu keçirib.

Axar.az xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın “Tvente” klubu ilə qarşılaşıb. Görüş Azərbaycan çempionunun qələbəsi ilə başa çatıb - 3:2.

“Qarabağ” rəqibin vurduğu erkən qollarla hesabda geri düşsə də, sonradan 3 dəfə fərqlənərək qalib gəlib. Komandamızın heyətində qolları Abdullah Zubir (2) və Leandro Andrade vurublar.

Qeyd edək ki, bu gün “Qarabağ”la “Tvente” arasında ikinci oyun da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:15-də start götürəcək.

“Köhlən atlar” Avstriyadakı ilk yoxlama görüşündə Ukraynanın "Metallist 1925" kollektivinə 4:5 hesabı ilə uduzub. Avstriya toplanışı iyulun 16-dək davam edəcək.

Tarix
2025.07.11 / 19:12
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlərin adından yayılan xəbərlərlə bağlı rəsmi açıqlama

Fransada müəmmalı ölümlər: Makronun arvadının sirli işləri

Şaranın Azərbaycan səfəri: Vacib olan məqamlar hansılardır?

Şaranın Azərbaycana səfəri başa çatdı

AZAL təyyarələrinin Ermənistan üzərindən uçuşu niyə dəyişilib?

Şara Heydər Əliyevin məzarını ziyarət etdi - Foto

İsrail və Suriya Bakıda danışıqlar aparacaq - KİV

Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşdü

Suriyada yeni hakimiyyətin qurulmasından sonra...

Moskva Bakıya qarşı “ağır artilleriyanı” işə saldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla