Yuxarı

“Kapital Bank” müştərilərə pulsuz kartlar təklif edir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kapital Bank” müştəri xidmətinin inkişafı istiqamətində bir sıra işlər həyata keçirir.

Bankdan Axar.az-a verilən məlumata görə, bank ödəniş kartları üzrə şərtləri sadələşdirərək, müştərilərə ödənişsiz əsasda təklif edir. Belə ki, müştərilər hesaba minimum 20 AZN ilkin mədaxil etməklə 2 illik Visa kartlarını əldə edə bilərlər. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən istifadə edə bilər.

“Kapital Bank” Visa International beynəlxalq ödəniş sisteminin üzvüdür. Ödəniş kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. "Kapital Bank" Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Qeyd edək ki, hazırda dövriyyədə “Kapital Bank”ın 3 milyona yaxın ödəniş kartı vardır. Prossesinq mərkəzinin inkişafı, həftənin bütün günləri fasiləsiz işləməsi, sabit fəaliyyət göstərməsi milyonlarla müştəriyə xidmət göstərməsində müsbət amil hesab olunur. “Kapital Bank”ın ölkə üzrə 600-dək bankomatı, 9000-dək POS terminalı vardır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2017.07.12 / 11:03
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ erməniləri indi də Ermənistana müharibə elan etdi

Elçin Əmirbəyov Meksika Senatında - Foto

Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti bərpa ediləcək

Azərbaycan və Qazaxıstan hərbi təlim keçirəcək

Baş prokurur vəzifəsinə namizəd Kamran Əliyevin - Dosyesi

Hərbçilərimiz KURTARAN təlimlərində iştirak etdi

Özbəkistan Azərbaycanla bağlı bu müqaviləni təsdiqlədi

Azərbaycan və Küveyt arasında birgə bəyannamə imzalandı

Azərbaycan və Küveyt XİN rəhbərləri görüşdü

Ərdoğanla Netanyahunun Bakıda mümkün görüşü... - Zülfüqarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla