Yuxarı

Neftin qiyməti Kreml batandan sonra qaldırılacaq - Proqnoz

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün Səudiyyə Ərəbistanı və ABŞ neftin dünya bazarında qiymətinə təsir etmək imkanına malikdir".

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib.

O, neftin qiymətinin aşağı salınmasının Rusiyaya qarşı yönəldiyini bildirib:

"2007-ci illə müqayisədə Amerika Birləşmiş Ştatların gündəlik neft idxalı 8,7 milyon barel azalıb. Əksinə, ABŞ hazırda hər gün 400 min barel neft ixrac edir. Bununla bərabər, Liviyaya da nəzər yetirmək lazımdır. Liviya neft istehsalını 800 min barelə qaldırıb. İlin sonuna qədər bunu bir milyona qaldırmağı düşünür. Səudiyyə Ərəbistanı dünya bazarında neftin qiymətinə təsir etmək imkanlarına malikdir. OPEK-in Səudiyyə Ərəbistanında neftin hasilatının azaldılması ilə bağlı təkliflərinə baxmayaraq, əksinə, Səudiyyə Ərəbistanının son addımları daha çox neftin dünya bazarında qiymətinin aşağı salınmasına xidmət edir. Belə ki, Səudiyyə Ərəbistanının aparıcı neft şirkəti olan Saudi Arab şirkəti ABŞ-a ixrac etdiyi neftin hər barelinə 40 sent güzəşt tətbiq edir. Bu isə onu göstərir ki, Ərəbistan öz neftini dünya bazarı qiymətlərindən daha ucuz formada idxalçı ölkələrə təklif edir. Neftin qiymətinin azaldılması, əsasən, Rusiyanı zəiflətməklə bağlıdır. Rusiyanın zəifləməsindən sonra isə neftin qiymətinin yenidən qaldırılması ilə bağlı müzakirələr başlaya bilər".

Ekspert neftin qiymətinin 40 dollara qədər düşəcəyini deyib:

"Neftin minimum qiymətinin 80 dollardan aşağı düşəcəyi proqnozlaşdırılır. 80 dollar OPEK üçün psixoloji həddir və bu onların mənfəətlərinin azalmasına gətirib çıxaracaq. Əgər Səudiyyə Ərəbistanı hazırkı siyasətini davam etdirsə, o zaman neftin qiymətinin 40 dollara qədər düşəcəyi gözlənilir. Neftin qiymətinin azalması dünya iqtisadiyyatında balansı tam şəkildə pozacaq və Rusiyanın ciddi şəkildə zəifləməsinə gətirib çıxaracaq. Neftin qiyməti ilə yanaşı mavi qazın da qiyməti düşür. Bunlar isə Rusiyanın iqtisadi aktyor kimi sıradan çıxması ilə nəticələnə bilər. Bu, Avrozonanın yenidən möhkəmlənməsi və qalxmasına imkan verəcək. Bu istehsal olunan məhsulların da qiymətinin düşməsinə səbəb olacaq və ABŞ-da da neftin ucuzlaşması ilə öz iqtisadi tempini qoruyub saxlamağa imkan verəcək. Neftin qiymətinin aşağı düşməsindən faydalanan digər ölkələr isə Çin və Yaponiya olacaq".

Tarix
2014.10.14 / 09:00
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Paşinyan Türkiyə ilə sərhəddə... - Video

Bu, müharibənin başlamasına səbəb ola bilər - Zülfüqarov

Əliyev İrəvana dostluq əlini uzadıb: Nikol bunu anlamırsa...

Türkiyə MN-dən birlik paylaşımı - Foto

Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb

Həbsxanalarda etiraf almaq üçün süni edam həyata keçirilir

Kremlin təklifi: Bakıya Moskva platforması lazım deyil!

İrəvan-Bakı normallaşma prosesi üzrə danışıqlar...

Azərbaycan və Somali XİN başçıları görüşdü

İrəvan nə istəyir: sülh, ya müharibə? - Vasadze

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla