Yuxarı

“Bank Technique” də əmanət faizlərini artırdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bank Technique” də əmanət faizlərini artırdı

"Bank Technique" ASC 25 fevral tarixindən etibarən fiziki şəxslərin əmanətləri üzrə faiz dərəcələrini 3%-dək artırıb. Artım milli valyuta və avroda yeni açılmış depozitlərə şamil olunur.

"Bank Technique"dən Axar.az-a verilən məlumata görə, əhali arasında ən populyar hesab edilən milli valyutadakı "Standart" əmanət növü üzrə illik faiz dərəcəsi 10%-dən 12%-ə yüksəlib. Depozit 5 il müddətinə yerləşdirilsə, illik faiz ödənişləri artıq məbləğin 16%-ini təşkil edəcək. Həmçinin avrodakı "Standart" əmanəti üzrə illik faiz dərəcələri 7%-dən 8%-dək artırılıb.

Bundan əlavə, "Bank Technique", Əmanətlərin Sığortalanması Fondunun qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 9%-dən 12%-ə qaldırılması barədə qərarını nəzərə alaraq, müvafiq olaraq "Sığortalı" əmanətinin illik faiz dərəcəsini 12% müəyyən edib. Xatırladaq ki, əvvəl bu göstərici 9% olub.

Bank həmçinin "Tələbli" depoziti üzrə faiz dərəcələrinin artırdığını bildirir. Hazırda milli valyutadakı əmanətlərdə bu rəqəm 4%-dən 6%-dək qaldırılıb.

Ümumilikdə, yuxarıda qeyd olunan depozit növləri üzrə, əmanətlər müddətdən əvvəl belə götürüldükdə hesablanan faiz dərəcələri Bank tərəfindən artırılıb. Bu halda faiz dərəcəsi 2%-dək yüksəlib.

Əmanətlərin digər şərtləri dəyişməz olaraq qalır. Bu və digər ətraflı məlumatı Bankın saytındakı "Depozitlər" bölməsindən əldə etmək mümkündür.

Tarix
2015.02.25 / 14:59
Müəllif
Məmməd
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla