Dünya Qızıl Şurası (World
Gold Council) ölkələrin qızıl ehtiyatlarının yeni hesabatını
yayıb.
Axar.az xəbər verir ki, bir neçə beynəlxalq təşkilatın da yer
aldığı siyahıda ölkəmizin qızıl ehtiyatları da əks olunub. Şuranın
hesablamalarına görə, dünyada ən çox qızıl ehtiyatı 8133,5 tonla
ABŞ-dadır. İkinci pillədə 3384,2 tonla Almaniya qərarlaşıb. 2814
ton qızıl ehtiyatı ilə Beynəlxalq Valyuta Fondu (BVF) üçüncü,
2451,8 tonla İtaliya dördüncü, 2435,4 tonla Fransa beşincidir.
Şimal qonşumuz Rusiya isə 1207,7 ton qızıl ehtiyatı ilə 6-cı
yerdədir. Qardaş ölkə Türkiyə isə 514,9 ton qızıl ehtiyatı ilə
dünyada 12-ci sıradadır.
Dünya Qızıl Şurasının hesablamalarına görə, Azərbaycanın 30,2
ton qızıl ehtiyatı var. Bu rəqəmlə ölkəmiz dünyada 54-cü pillədə
qərarlaşıb.
Axar.az sıralamanı təqdim edir:
1. ABŞ – 8133,5 ton
2. Almaniya – 3384,2 ton
3. Beynəlxalq Valyuta Fondu (BVF) – 2814 ton
4. İtaliya – 2451,8 ton
5. Fransa – 2435,4 ton
6. Rusiya – 1207,7 ton
7. Çin – 1054 ton
8. İsveçrə - 1040 ton
9. Yaponiya – 756,2 ton
10. Hollandiya – 612,5 ton
11. Hindistan – 557,7 ton
12. Türkiyə - 514,9 ton
13. Avropa Mərkəzi Bankı – 504,8 ton
14. Tayvan – 423,6 ton
15. Portuqaliya – 382,5 ton
16. Venesuela – 367,6 ton
17. Səudiyyə Ərəbistanı -322,9 ton
18. İngiltərə - 310,3 ton
19. Livan - 286,8 ton
20. İspaniya – 281,6 ton
21. Avstriya – 280 ton
22. Belçika – 227,4 ton
23. Filippin – 195,3 ton
24. Qazaxıstan – 193,4 ton
25. Əlcəzair – 173,6 ton
26. Tayland – 152,4 ton
27. Sinqapur – 127,4 ton
28. İsveç – 125,7 ton
29. CAR – 125,2 ton
30. Meksika – 122,6 ton
31. Liviya – 116,6 ton
32. Yunanıstan – 112,5 ton
33. Beynəlxalq Hesablaşmalar Bankı (BİS – "Bank for
İnternational Settlements") – 111 ton
34. Cənubi Koreya – 104,4 ton
35. Rumıniya – 103,7 ton
36. Polşa – 102,9 ton
37. İraq – 89,8 ton
38. Avstraliya – 79,9 ton
39. Küveyt – 79 ton
40. İndoneziya – 78,1 ton
41. Misir – 75,6 ton
42. Braziliya – 67,2 ton
43. Danimarka – 66,5 ton
44. Pakistan – 64,5 ton
45. Argentina – 61,7 ton
46. Finlandiya – 49, 1 ton
47. Boliviya – 42,5 ton
48. Belarus – 41,5 ton
49. Bolqarıstan – 40,1 ton
50. Qərbi Afrika İqtisadi Birliyi – 36,5 ton
51. Malayziya – 35,8 ton
52. Peru – 34,7 ton
53. Slovakiya – 31,7 ton
54. AZƏRBAYCAN – 30,2 ton
55. Suriya – 25,8 ton
56. Ukrayna – 23,9 ton
57. Şri-Lanka – 23,2 ton
58. Mərakeş – 22 ton
59. Əfqanıstan – 21,9 ton
60. Nigeriya – 21,4 ton