Yuxarı

"Şahdəniz": 200 milyard gəlir, 10 min iş yeri

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

1994-cü ildə Azərbaycanda "Əsrin müqaviləsi" imzalandı. Həmin dövrdə bir çoxları onun əhəmiyyətini tam anlamasalar da sonradan neft müqaviləsinin Azərbaycanı hansı səviyyəyə çıxaracağı əyani şəkildə aydın oldu. 19 il əvvəl bağlanan kontraktın məntiqi davamı bu həftə Bakıda imzalanan "21-ci əsrin müqaviləsi" oldu. Bununla da "Şahdəniz" yatağından qaz hasilatının ikinci mərhələsinə start verildi; bununla da Azərbaycan öz qazını Avropaya nəql etmək üçün lazım olan qaz kəmərləri infrastrukturunu əldə edəcək. Bu isə ölkənin qaz ehtiyatlarının qiymətinin artması deməkdir. Layihənin təsirini hər bir vətəndaş hiss edəcək. Çünki layihə çərçivəsində bütün işlərin görülməsi zamanı Azərbaycan şirkətlərinə üstünlük veriləcək.

17 dekabr - bu tarix indiyə qədər bizim üçün heç bir əhəmiyyət kəsb etmirdi. Amma bundan sonra biz bu günü əhəmiyyətli bir tarix kimi qeyd edəcəyik. Çünki məhz bu gündə Azərbaycan qazının Avropaya nəqlinə imkan verən sənədlər imzalandı.

"Şahdəniz" yatağının işlənməsinin 2-ci mərhələsinə başlamaq üçün yalnız konsorsiumun yekun investisiya qərarını verməsi qalmışdı. Bu da öz həllini tapdıqdan sonra artıq bütün maneələr aradan qalxdı.

Beləliklə, 1,2 trilyon kubmetr qaz ehtiyatı olan "Şahdəniz" də hasilatın ikinci mərhələsi üzrə işləri görəcək şirkətlər öz payını müəyyən etdilər. Azərbaycanın Dövlət Neft Şirkəti Statoil-in layihədəki 6,7% hissələrini alaraq ikinci payçaya çevrildi. SOCAR layihədə 16,7%-lə iştirak edəcək. BP isə layihənin operatoru olmaqla bərabər, ən böyük paya malik şirkəti oldu.

İmzalanma mərasimi gözlənilməz qərarlarla da yadda qaldı. Əgər əvvəl "Şahdəniz" qazının TAP-la Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyaya çatdırılması nəzərdə tutulurdusa, indi yeni ölkələrdən söhbət gedir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu layihənin bir çox Avropa ölkəsini əhatə edəcəyini deyib: "Bizim "Şahdəniz" in ilkin mərhələdə əhatə etdiyi ölkələrlə, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, Bolqarıstan, İtaliya ilə sıx əməkdaşlığa ehtiyacımız var. Növbəti mərhələdə biz Monteneqro, Xorvatiya ilə əməkdaşlıq edəcəyik. Biz bu kəmərin Balkanlara qədər uzadılmasını planlaşdırırıq. Eyni zamanda mən ümid edirəm ki, biz qarşıdaki illərdə Ruminiya, Macarıstan və Avstriyadakı tərəfdaşlarımızla işləyəcəyik. Bu kəməri ordakı məntəqələrə çatdırmaq üçün".

Əslində, Azərbaycan qazının Balkanlara çatdırılması məsələsi hələ oktyabrda, Azərbaycan prezidentinin Türkiyəyə səfəri zamanı müzakirə olunmuşdu. Hətta Türkiyənin Baş naziri bu barədə açıqlama da vermişdi. "Mən təklif elədim ki, biz Balkanlarda böyük qaz layihələri həyata keçirək".

Bundan cəmi 1 ay sonra Azərbaycan qazının Balkanalara nəqli ilə bağlı memorondum imzalandı.

Balkanlarda möhkəmlənmək, Azərbaycanın nüfuzunun bu bölgədə artması beynəlxalq arenada yeni dəstək deməkdir.

Bu layihəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirən Monteneqro Prezidenti Filip Vuyanoviç bununla ölkəsində əhalinin rifah səvyyəsinin yüksələcəyini deyib: "Bu layihə çərçivəsində mənim ölkəmdə yeni iş yerləri açılacaq. Yeni investisyalar qoyulacaq, iqtisadiyyat inkişaf edəcək. Əhalimizin rifahi yaxşılaşacaq. Buna görə Azərbaycana, Prezident İlham Əliyevə təşəkkür edirəm".

Digər məsələ, Ruminiya, Macarıstan və Avstriya isə demək olar ki, Nabucco layihəsinin marşrutunda yerləşir. Avropa Birliyinin uğrunda mübarizə apardığı bu layihə qəbul olunmasa da, indi söhbət Azərbaycan qazının bu xətt üzrə nəqlindən gedir. "Nabucco"dan imtina edilərkən, bunun Moskvanın təzyiqi ilə baş verdiyi deyilirdi. Amma bu ölkələrin bazarının hədəfdə saxlanması cəsarətli bir addım sayıla bilər.

Bütün bu layihələrin reallaşması dövlət büdcəsinə əlavə vəsait daxil olmasına, eyni zamanda ölkədə yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Hesablamalara görə, "Şahdəniz-2" qazının Avropaya satışı ölkəmizə 200 milyard dollar gəlir gətirəcək. Təkcə yatağın istismarı, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi işləri 10 min yeni iş yeri deməkdir. Bundan əlavə xidmət və digər yardımçı işlər də nəzərə alınsa, bu rəqəmin daha böyük olacağını demək olar. (ANS)

Tarix
2013.12.22 / 23:21
Müəllif
Axar.az
Digər xəbərlər

Milli Məclisin növbəti plenar iclası başladı

Prezident və xanımı Ağdərədə...

Ərşad Salehidən Xocalı açıqlaması: Buna çalışırıq!

“Bakıya gedərsinizmi” sualına Nikolun deputatının cavabı

Bakı və İrəvan sülh bağlayırmı? Əsas “maneə” nədir?

AB missiyasının sərhədimizdə yeni görüntüləri - Video

Erməni ordusu mövqelərimizi bir neçə dəfə atəşə tutdu

Müharibədə Araik məni Talışa göndərdi, gördüm ki… – Levon

Gəncəni vurmaq əmrini o verib - Mnatsakanyan

Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla