Yuxarı

Xəzərdə tarixi anlaşma: “Dostluq” nə verəcək? - Şərh

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzərdə tarixi anlaşma: “Dostluq” nə verəcək? - Şərh

Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. Ümumiyyətlə, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır.

Bu sözləri Axar.az-a millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında keçirilən görüş və Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında anlaşma memorandumunun imzalanması haqda danışarkən deyib.

İqtisadçı bildirib ki, bu anlaşma memorandumunun imzalanması tarixi əhəmiyyət daşıyır:

“Birincisi, bu, gələcəkdə Xəzərin hüquqi statusunun müəyyən edilməsi istiqamətində danışıqların pozitiv inkişafına töhfə verəcək.

İkincisi, “Dostluq” yatağının birgə istismarı həm Türkmənistan, həm də Azərbaycanın dövlət gəlirlərinin artmasına səbəb olacaq.

Üçüncüsü, memorandum Xəzər dənizində yeni bir əməkdaşlıq platformasının yaranmasına şərait yaradacaq. Xüsusilə bu istiqamətdə İranın da iştirakı gözlənilir. Məsələ ondadır ki, bu gün Türkmənistan kimi İranla da Xəzər dənizində mübahisəli yataqlar var. Azərbaycan Türkmənistana olduğu kimi, İrana da birgə fəaliyyət təklifini irəli sürür”.

Tarix
2021.01.21 / 15:18
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi...

Papikyandan Nəsimi Musayevlə bağlı mühüm açıqlama

Ermənistan Azərbaycana “jest” edə bilər - Xudoyan

Ehtiyaclarımız üçün qonşularla danışıqlar aparırıq - Pezeşkian

İlham Əliyev Putinə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla