Yuxarı

“Muğan Bank”da 67 milyon manatdan çox zərər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Muğan Bank”da 67 milyon manatdan çox zərər

2020-ci ilin yekun hesabatını açıqlamayan “Muğan Bank”ın 2019-cu ilin sonuna olan yığılmış zərəri (defisiti) 67 milyon 730 min manat olmuşdu.

Axar.az Valyuta.Az-a istinadən xəbər verir ki, 2020-ci ilin sonunda isə bankın vergilər ödənilənədək olan mənfəəti 707 min manat olub. Bu isə bankın bölüşdürülməmiş mənfəətində olan (-23 milyon 679 min manat) göstəriciyə ciddi təsir göstərməyəcək. Nəticədə mənfəət vergisini vermədiyinə görə “Muğan Bank”ın bölüşdürülməmiş mənfəəti 22 milyon 972 min manatdan çox olacaq.

Bankın açıqladığı hesabata görə, 2020-ci ilin sonunda “Muğan Bank”ın bölüşdürülməmiş mənfəəti 1 il ərzində 707 min manat azalıb.

Qeyd olunduğu kimi, “Muğan Bank”ın yığılmış zərəri 4 il ərzində 48 milyon 534 min manat artaraq 67 milyon 730 min manata çatıb. Buna baxmayaraq, bankın kapitalı isə 4 il ərzində 21 milyon 493 min manat azalaraq 35 milyon 836 min manata düşüb.

Qeyd edək ki, Bankda yerləşdirilən depozitlərin həcmi 56 milyon 40 min manat və ya 16,7% azalaraq 278 milyon 681 min manata düşüb. Bu da bankın cəmi öhdəliklərinin 69 milyon 70 min manat və ya 12% azalaraq 504 milyon 27 min manata düşməsinə səbəb olub. Deopzit portfelinin azalmasında hüquqi şəxslərin 27,3%, fiziki şəxlərin isə 12,5% payı var. Yəni, “Muğan Bank”da hüquqi şəxslərin depozitləri 26 milyon 67 min manat, fiziki şəxslərin depozitləri isə 29 milyon 973 min manat azalıb.

Tarix
2021.03.03 / 14:17
Müəllif
Axar.az
Digər xəbərlər

Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi

Əli Kərimlidən yeni xəbər

Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!

Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı

Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir

Abbasovun xəyanəti, ermənilərlə qohumluğu və Kremlin sifarişi

Ordumuzun məhv etdiyi erməni hərbçilərin ailələrindən tələb

Ölkədə bu qurumlar birləşdirildi

Azərbaycan Butan Krallığını təbrik etdi

Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla