Yuxarı

Lirə kəskin ucuzlaşdı, rubl bahalaşdı: manatı nə gözləyir?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lirə kəskin ucuzlaşdı, rubl bahalaşdı: manatı nə gözləyir?

Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından olan Türkiyə və Rusiyada milli valyutalarla bağlı maraqlı proseslər gedir.

Axar.az xəbər verir ki, hər iki ölkədəki proseslərlə bağlı iqtisadçı ekspert Natiq Cəfərli qənaətlərini bölüşüb.

Türkiyədə lirənin bu gün tarixi minimuma - 1 dollar 9,62 lirəyə - düşməsinin bir neçə səbəbi var: 1) Türkiyənin xarici ticarətdə mənfi saldosu; 2) Turizmdən gələn gəlirlərin kəskin azalması; 3) Mərkəzi Bankın müstəqilliyinin əlindən alınması.

“Rusiyada rublun ciddi dəyər qazanmasını görürük, bu gün bir dollar 69 rubla qədər ucuzlaşdı, bunun da 2 əsas səbəbi var: Dünyada enerji daşıyıcılarının qiymətinin kəskin artması, neftin, qazın bahalaşması və Rusiya Mərkəzi Bankının ard-arda faiz artımına getməsi, uçot dərəcəsini artırması”.

Ekspertin sözlərinə görə, məntiqlə, Azərbaycana Türkiyədən gətirilən mal-məhsullar ucuzlaşmalı, Rusiyadan gətirilənlər isə bahalaşmalıdır. O qeyd edib ki, Türkiyədən gələn malların ucuzlaşacağını gözləmir, ancaq Rusiyadan gələn mallar bahalaşacaq.

Ekspert həmçinin manatın təzyiqlərdən qorunacağını da ehtimal edir:

“Manatın məzənnəsini Mərkəzi Bank təyin etdiyinə görə, ucuzlaşacağı gözlənilmir, çünki neft bahadır. Buna baxmayaraq, manatın alıcılıq qabiliyyəti kəskin aşağı düşür. Manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi insanların real gəlirlərinin kəskin azalmasına səbəb olur”.

Tarix
2021.10.22 / 22:24
Müəllif
Nazlı Onur
Digər xəbərlər

Nazirlik bu universiteti cərimələdi

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla